Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ağdam şəhərində "İmarət" stadionunun özülünü atıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Respublikası prezidentinin saytı yayıb.
Qeyd edək ki, "İmarət" Ağdam təmsilçisi "Qarabağ"ın ev oyunlarını keçirdiyi stadiondur. "Köhlən atlar" həmin arenadakı son oyunlarını 1993-cü ildə keçiriblər. Erməni silahlı qüvvələrinin işğalından sonra doğma şəhəri tərk etmək məcburiyyətində qalan "Qarabağ" o vaxtdan Bakıda məskunlaşıb.
Stadionun tikintisinin 2026-cı ildə başa çatacağı gözlənilir.