Milsi Premyer Liqasında 7-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.
Çempionatın sürpriz komandası olan "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Kurban Berdiyevin komandası qalib gəlməklə, ötən gün əldən verdiyi liderliyi yenidən təmin edə, "Qarabağ"ı taxtdan sala bilərdi. Lakin meydan sahibləri istəklərinə çata bilməyiblər. Qonaq komanda 2:1 hesablı qələbə qazanaraq "bozqurdlar"a mövsümün ilk məğlubiyyət acısını daddırıb.
Qeyd edək ki, tura sabah, 22 sentyabrda yekun vurulacaq.
Misli Premyer Liqası
7-ci tur
21 sentyabr
"Turan Tovuz" – "Araz-Naxçıvan" 1:2
Qollar: Ayxan Quseynov, 46 - Ramon Maçado, 44. Felipe Santos, 55.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Allahverdiyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tovuz şəhər stadionu
"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 19. Elçin Qasımov, 22. Nahid Əliyev, 25. Denis Marandiçi, 6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdiyev
"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev