Misli Premyer Liqasının 7-ci turunda dünən "Turan Tovuz"un qonağı olan "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazandı. Bu, "bozqurdlar"ın mövsümdə ilk yenilgisi oldu. Oyunun başlanğıcında qonaqların braziliyalı hücumçusu Ramon Maçadonun rəqib müdafiəçi Roderik Millerin üzünə təpiklə vuraraq sarı vərəqə alması isə matçın ən yaddaqalan anlarından oldu. Referi Elçin Məsiyevin həmin epizodda "sarı" ilə kifayətlənməsi azarkeşlərin etirazı ilə qarşılandısa, ciddi xəsarət alan Miller əvəzləndi.
Maçado oyundan sonra bu barədə Fanat.Az-a açıqlama verdi:
"Həmin epizoda baxdım. Belə alındığı üçün üzgünəm. Niyyətim onun üzünə təpik vurmaq deyildi. Hakimin o hərəkətimə görə mənə qırmızı və ya sarı vərəqə göstərməli olduğunu deyə bilmərəm. Mən futbolçuyam, qərarı hakim verir. Millerdən üzr istəyirəm".
Nihat