Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” öz meydanında “Jeonbuk”la qarşılaşıb.
Görüş qolsuz bərabərliklə başa çatıb.
Start "11-lik"də çıxan Anton sonadək oynayıb. AMilliləşdirilmiş ukraynalı 86-cı dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, 35 xalı olan “Daejeon” turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub.