Avropa Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək "Tottenhem"in qonağı olacaq "Qarabağ"ın səfər planları dəqiqləşib.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, təmsilçimiz bu gün 17:00-da çarter reysi ilə İngiltərəyə yollanacaq.
Görüşdən bir gün əvvəl, Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Bundan yarım saat sonra isə ağdamlıların açıq məşqçi olacaq. "Qarabağ" oyun bitəndən sonra Azərbaycana dönəcək.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da başlayacaq.
Nihat