“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Qolkiper ölkəsinin əsas komandasının Millətlər Liqası çərçivəsində oktyabrda keçiriləcək oyunları üçün heyətə cəlb olunacaq.
Moldova oktyabrın 10-da Kişinyovda Andorra, 3 gün sonra səfərdə Malta ilə qarşılaşacaq.