"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Olimpiakos" İtaliya təmsilçisi "Napoli"nin sabiq futbolçusu Adam Ounası sıralarına cəlb etmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 28 yaşlı əlcəzairli vinger azad agent qismində Yunanıstan komandasına qoşulacaq.
Bu yay müqaviləsinin müddəti başa çatdığı üçün Fransanın "Lill" klubundan ayrılan Ounas 2017-2022-ci illər aralığında "Napoli"nin uğurları üçün çalışıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da Yunanıstanda qarşılaşacaq.