Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandasının - Almaniya Regional Liqasında mübarizə aparan Berlin “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Komanda almaniyalı çalışdırıcı Dennis Kutribə tapşırılıb. 44 yaşlı Kutrib 2 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, "Dinamo"nun əvvəlki baş məşqçisi avstriyalı Andreas Herafın istefasından sonra onun funksiyasını müvəqqəti olaraq Nils Vayler yerinə yetirirdi.