Misli Premyer Liqasında 9-cu tura bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə 2 qarşılaşma reallaşıb.
"Turan Tovuz" ilə "Zirə" münasibətlərinə aydınlıq gətirib. Tovuzda baş tutan görüşün taleyini 1 qol həll edib. Meydan sahibləri 3 xal qazanan tərəf olub və liderlər mövqeyində möhkəmlənib.
Birinci dövrənin son oyunu Sumqayıtda baş tutub. "Sumqayıt" doğma meydanda lider "Qarabağ"ı qonaq edib. Bu görüşdə də 1 qol vurulub. "Qarabağ" səfərdən 3 xalla dönərək liderliyini möhkəmləndirib.
Qeyd edək ki, tur çərçivəsində əvvəlki görüşlərdə “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” isə “Şamaxı”nı 2:0 məğlub edib, “Sabah”la “Araz-Naxçıvan” arasında matçda isə qalib müəyyənləşməyib - 1:1.
Misli Premyer Liqası
9-cu tur
6 oktyabr
“Turan Tovuz” – “Zirə” 1:0
Qol: Faiq Hacıyev, 89.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionustadionu
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 70. Məzahir Məmmədzadə, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Alekperov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sumqayıt” – “Qarabağ” 0:1
Qol: Elvin Cəfərquliyev, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.
"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.