21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, F qrupunda yer alan millimiz 10-cu matçında İngiltərənin uyğun yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra komandamız 3 xalla qrupu 6-cı pillədə başa vurub.