"Bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Qələbə qazandığımız üçün komandamız adına çox şadam”.
Fanat.Az xəbər verir ki, bu sözləri “Nürnberq”in hücumçusu Mahir Emreli 2-ci Bundesliqanın 9-cu turunda bu gün “Qroyter”ə qarşı keçirdikləri oyunundan (4:0) sonra deyib.
Klubun mətbuat xidmətinə danışan Azərbaycan millisinin hücumçusu derbidəki darnadağını belə şərh edib: “İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik”.
27 yaşlı futbolçu 13-cü dəqiqədə gözəl qolla hesabı açmasına da münasibət bildirib:
“Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir.
Belə oyunlar xoşuma gəlir. Mən bir çox derbilərdə oynamışam. Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir. Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdir”.