UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq "Ayaks"ın futbolçusu Daniele Ruqani əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, italiyalı müdafiəçi sabah çətin oyuna çıxacaqlarını deyib:
"Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır. Baş məşqçimizin də bildirdiyi kimi rəqib barədə yetərincə məlumat toplamışıq. Təbii ki, qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.