"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley matçlarını keçiriblər.
Fanat.Az xəbər ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər. Bu, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçirilən görüşə - "Budyo Qlimt"lə (2:1) Norveçdəki matça təsadüf edib.
Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə oyundan əvvəl Bayramov və Yankoviçə "Qarabağ"ın xatirə forması və diplom təqdim olunub.
Qeyd edək ki, mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.