20:52 23.11.2024 2003

MPL: "Qarabağ"dan darmadağın, "Neftçi" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasında 14-cü tur davam edir. 

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək. 

Artıq "Səbail" - "Qarabağ" matçı başa çatıb. Bu görüş "dənizçilər"in çalışdırıcısı Cavid Hüseynov üçün yeni komandasında debütlə yadda qalıb. Gənc məşqçi dörd gün sonra Avropa Liqasında "Olimpik Lion"la taleyüklü matça çıxacaq "Qarabağ"ı süni örtüklü meydanda büdrətməyə çalışsa da, səviyyə fərqi sözünü deyib. Qurban Qurbanovun komandası "dənizçilər"i "Bayıl Arena"da darmadağın edib. 

Günün digər oyununda isə "Neftçi" ilə "Zirə" münasibətlərinə aydınlıq gətiriblər. Paytaxt derbisini qazanan tərəf "ağ-qaralar" olub. Samir Abasovun komandası "qartallar" üzərində minimal hesablı qələbə sayəsində turnir mövqeyini bir qədər yaxşılaşdıraraq autsayder qrupundan uzaqlaşıb. 

Qeyd edək ki, turun qalan iki görüşü - “Turan Tovuz” –“ Sabah” və “Sumqayıt”– “Şamaxı” qarşılaşmaları bazar günü keçiriləcək.

Misli Premyer Liqası
14-cü tur
23 noyabr 

“Səbail” – “Qarabağ” 0:3
Qollar: Juninyo, 47. Aleksey Kaşuk, 66. Leandro Andrade, 88.

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov. 
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

"Səbail": 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 19. Samir Abdullayev 17. Gülağa Əsədov 8. Qorka Laruçça 3. Dmitro Litvin 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 6. Cabir Əmirli 77. Fərid Nəbiyev 15. Vüsal Məsimov 16. Emin Rüstəmov 36. Azad Əsgərov 7. Madi Queta
Baş məşqçi: Cavid Hüseynov

"Qarabağ" : 99. Mateus Koxalski 30. Abbas Hüseynov 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 66. Patrik Andrade 7. Yassin Benzia 18. Olavio Juninyo 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 1. Şahrudin Məhəmmədəliyev 20. Riçard Almeyda 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 2. Mateus Silva 19. Redon Cica 15. Leandro Andrade 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi” – “Zirə” 2:1 
Qollar: Filip Ozobiç, 29. Emin Səfərov, 68 - İssa Cibrila, 52.

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev
VAR: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”

"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 70. İssa Cibrila, 23. Rafael Utziq, 18. Martins Junior, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 24. Yusuf Laval.
Baş məşqçi: Rəşad Sadıqov.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2025
12:04

"Bayer" PSJ-nin oyunçusunu transfer etdi

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:37

"Hər komandaya onun kimi biri lazımdır" - Erlinq Holand

11:19

"Araz-Naxçıvan" ilk transferini reallaşdırdı

11:02

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı - Cüdo tariximizdə ilk

10:43

La Liqanın rəhbəri FİFA-nı sərt tənqid etdi - "Milli liqalara, xüsusilə də bizə ciddi problem olacaq"

10:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:06

"Mançester Yunayted"in yetirməsi Fransa nəhənginə keçdi - RƏSMİ

09:45

“Əl-Nəsr”in ən bahalı oyunçusu komandanı tərk edir

09:23

Leroy Sane Türkiyəyə gəldi - Ulduz futbolçudan ilk açıqlama

09:00

Hakan Çalhanoğlu İtaliyadan ayrılır - "İnter" ona əvəzləyici tapdı

11 İyun 2025
23:50

"Bu mənə ən uyğun gələn oyun tərzidir" - Teyani Reynders

23:19

"Çelsi" Ceydon Sanço ilə bağlı qərarını açıqladı

22:53

Çempion "Jirona"nın futbolçusu ilə güclənir

22:32

"Qarabağ" Andrade, Veşoviç və İbrahimli ilə də vidalaşdı - RƏSMİ

22:23

FİFA prezidenti açılış oyununda anşlaq vəd etdi

21:48

"Visla"nın əsas investoru şam yeməyindən sonra dünyasını dəyişdi

21:29

Benzia "Qarabağ"dan getdi - RƏSMİ

20:48

Azərbaycan klubu koreyalı oyunçu ilə gücləndi

20:09

"Sən demisən ki, bizə finalda kömək ediblər" - Messi özündən çıxdı

19:54

"Real"ın 20 yaşlı forvardı ilə bağlı yekun qərar verildi

19:18

Azərbaycan millisi Belarusla qarşılaşacaq

18:51

Skaloni Messini niyə əvəzləyib?

18:15

Keyn Seneqala məğlubiyyətdən sonra paylaşım etdi

17:44

"Qalatasaray" alman ulduzla razılığa gəldi

17:10

Santuşlu milli seçmə mərhələyə nə dərəcədə hazırdır? - Mütəxəssislər dəyərləndirdilər

16:53

Azərbaycan boksçusu beynəlxalq turnirin qalibi oldu

16:35

"Sabah"da ayrılıq reallaşdı - RƏSMİ

16:18

II Liqada may ayının ən yaxşı qolunun müəllifi müəyyənləşdi

15:59

Azərbaycan taekvandoçularından 4 "qızıl", 2 "gümüş"

15:40

"Sumqayıt" yerli, yoxsa əcnəbi mütəxəssisə tapşırılacaq? - Riad Rəfiyevdən açıqlama

15:20

Emin Mahmudov mükafatlandırıldı

14:43

Keyn Tuxeli sevindirməyə davam edir - Milli tarixində ilk yaşandı

14:25

Azərbaycan və Türkiyə milliləri birgə hazırlıq keçir

14:07

İngiltərə millisi bir oyunda iki antirekorda imza atdı

13:49

Depay Robin van Persinin rekordunu təkrarladı

13:30

VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görüş keçirildi

13:11

Tomas Tuxel Seneqaldan aldıqları məğlubiyyəti şərh etdi

12:53

"Neftçi"dən ayrılan alman Şeydayevin sabiq klubuna keçdi

12:35

"Mançester Siti" "Milan"ın ulduzunu heyətinə qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X