12:28 25.11.2024 576

Vaqif Cavadovlu “Sumqayıt” yüksəlir, “Sabah” qələbəyə həsrət qalıb – Tura baxış

Misli Premyer Liqasının XIV tur sürprizsiz başa çatdı. “Qarabağ” növbəti qələbəsini qazandı və liderliyini davam etdirdi. “Turan Tovuz” isə növbəti xal itkisindən sonra liderdən bir qədər də uzaqlaşdı. Vaqif Cavadovun gəlişindən sonra yüksəlişdə olan “Sumqayıt” isə növbəti qələbəsini qazandı.

"Kəpəz" – "Araz-Naxçıvan"  0:2 
Qollar:
Felipe Santos, 26. Bernardo Dias, 86.
“Kəpəz”: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu
29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa. 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 70. Nicat Suleymanov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 97. Nicat Məmmədov, 10. Karim Lkouça, 19. Lassana Ndiaye. 
Baş məşqçi: Azər Bağırov. 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro (k), 97. Felipe Santos. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias. 
Baş məşqçi: Elmar Baxşıyev.

“Araz Naxçıvan” səssiz-səmirsiz yoluna davam edir. Elmar Baxşıyevin çalışdırdığı komanda bu dəfə “Kəpəz”i məğlub etdi. “Naxçıvanlıların” ardıcıl 4-cü oyunda qapısını toxunulmaz saxlaması da alqışlanmalı məqamdır. Özü də bu oyunların hamısında “Araz Naxçıvan” qələbə qazanıb. Bu yerdə onu da qeyd edək ki, Baxşıyevin komandası mövsüm ərzində cəmi bir oyunda məğlub olub. Həmin qarşılaşma da 1-ci turda “Qarabağ”la oyuna təsadüf edib. Ondan sonra “Araz Naxçıvan”ın “qolunu bükən” tapılmayıb. Bu mənada autsayder “Kəpəz”in də bunu edəcəyi gözlənilmirdi. Santosun hesabı açdığı oyunda son nöqtəni Dias 86-cı dəqiqədə qoydu.
“Zirzəmi”yə lövbər salan “Kəpəz” heç cür ordan qurtula bilmir. Gəncə təmsilçisinin aktivində cəmi 7 xal var. 33 xalı “Araz Naxçıvan” isə lider “Qarabağ”ın ən yaxın izləyicisidir.

“Səbail” – “Qarabağ” 0:3
Qollar:
Juninyo, 47. Aleksey Kaşuk, 66. Leandro Andrade, 88.
"Səbail": 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 18. Süleyman Əhmədov 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 19. Samir Abdullayev 17. Gülağa Əsədov 8. Qorka Laruçça 3. Dmitro Litvin 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 6. Cabir Əmirli 77. Fərid Nəbiyev 15. Vüsal Məsimov 16. Emin Rüstəmov 36. Azad Əsgərov 7. Madi Queta
Baş məşqçi: Cavid Hüseynov

"Qarabağ" : 99. Mateus Koxalski 30. Abbas Hüseynov 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 66. Patrik Andrade 7. Yassin Benzia 18. Olavio Juninyo 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 1. Şahrudin Məhəmmədəliyev 20. Riçard Almeyda 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 2. Mateus Silva 19. Redon Cica 15. Leandro Andrade 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” Cavid Hüseynovun elitaya baş məşqçi kimi qayıdışını korladı. Gənc mütəxəssisin çalışdırdığı “Səbail” “Qarabağ”a 0:3 hesabıyla məğlub oldu. “Köhlən atlar”ın ölkə çempionatında rəqib tanımadığını nəzərə alsaq, bu məğlubiyyətin də təbii olduğunu qəbul etməliyik. “Səbail” adına müsbət məqam odur ki, “dənizçilər” ilk yarıda qapılarını toxunulmaz saxlaya bildilər. Amma fasilədən sonra “Qarabağ” üç dəfə fərqlənməyi bacardı. Juninyonun “qol pərdəsi”ni açdığı oyunda digər qolları Kaşukla Leandro Andrade vurdu. 3 qolla qazanılan üç xaldan sonra “Qarabağ” “Lion”la qarşılaşmaya yaxşı əhval-ruhiyyədə hazırlaşa bilər. Cavid Hüseynovun isə “Səbail”də görməli olduğu çox iş var.
Növbəti qələbə “Qarabağ”a 1 gün əvvəl itirdiyi liderliyi qaytarmağa kifayət etdi. Qurban Qurbanovun komandası 34 xalla turnir cədvəlinə başçılıq edir. 8 xalı olan “Səbail” isə yalnız “Kəpəz”i qabaqlayır.

“Neftçi” – “Zirə” 2:1 
Qollar:
Filip Ozobiç, 29. Emin Səfərov, 68 - İssa Cibrila, 52.
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 70. İssa Cibrila, 23. Rafael Utziq, 18. Martins Junior, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 3. Ange Mutsinzi, 28. Abbas İbrahim, 24. Yusuf Laval.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə”nin işləri qaydasında getmir. Artıq üçüncü turdur ki, qəsəbə təmsilçisi meydandan xalsız ayrılır. Düzdür, ilk iki qələbəyə görə Rəşad Sadıqovu və yetirmələrini  qınamamaq olardı. Çünki “qartallar” həmin oyunlarda Premyer Liqanın liderləri “Araz Naxçıvan”la “Qarabağ”a uduzmuşdu. Bu tur isə autsayderlər qrupunda yer alan “Neftçi” “Zirə”ni məğlub etdi. Utziqin “susqunluğu”, Volkovun itib-batması fonunda bu nəticələr də qaçılmaz olur. “Neftçi”ylə oyunda “Zirə” məğlub duruma düşdükdən sonra cavab qolunu vurmağı bacardı. Amma bu hesabı qorumaq mümkün olmadı. Emil Səfərov lazımı anda lazımı yerdə peyda olmaqla “Neftçi”yə qələbə gətirən qola imza atdı. 2:1 hesablı qələbə “Neftçi” düşərgəsində “Qarabağ”la oyun ərəfəsində əhval-ruhiyyəni bir qədər düzəltsə də, turnir cədvəlində ciddi irəliləyiş hiss edilmədi. Xalını 13-ə çatdıran “Neftçi” hələki 8-ci pillədədir. 4-cü yerdəki “Zirə”nin 20 xalı var.

“Turan Tovuz” – “Sabah” 1:1
Qollar:
Otto Con, 46 - Coy Lens Mikels, 67
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi.
Baş məşqçi: Kurban Berdiyev.

“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalaov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 18. Pavol Şafranko.
Baş məşqçi: Krunoslav Renduliç.

Tovuzda iki sülhvsevər komanda qarşılaşdı. Elə həmin görüşdə də qalib müəyyənləşmədi. Rəşad Əhmədovun final fitindən sonra “Turan Tovuz”un ardıcıl üçüncü dəfə heç-heçəyə razılaşması, “Sabah”ın isə ardıcıl yeddinci qələbəsiz oyunu rəsmiləşdi. Heyəti kasıb olan qərb təmsilçisinin bu cür büdrəməsi gözlənilən olsa da, “milyonçu” “Sabah”ın başına gələnlər hamını təəccübləndirir. Xorvat çalışdırıcı Krunoslav Renduliç “Sabah”ın dərdinə əlac edə, komandanı “qara zolaq”dan çıxara bilmir. Hər halda, mövsümə iddialı başlayan və büdcəsinə görə Azərbaycanın ən zənginlərindən olan “Sabah”ın ardıcıl 7 oyunda qələbə qazana bilməməsinə məntiqli izah vermək çətindir. 
“Sabah” 5-ci pillədə qərarlaşsa da, xal baxımından liderlərdən xeyli uzaqdadır. “Bayquşlar” cəmi 19 xal toplamağı bacarıb. Nəzərə alsaq ki, lider “Qarabağ”ın 34, ikinci yerdəki “Araz Naxçıvan”ın 33 xalı var, onda mənzərə də tam aydın olur. “Sabah”ı birinci pillədən düz 15 xal ayırır. “Turan Tovuz” 27 xalla 3-cü pillədə qərarlaşıb. Kurban Berdiyevin komandası üçün mükafatçılar sırasında qərarlaşmaq da yaxşı nəticə sayılmalıdır.

“Sumqayıt” – “Şamaxı” 2:1 
Qollar:
Cordan Rezabala, 45+2. Rövlan Muradov, 78-pen - Leroy Mikels, 26
“Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Georgi Karaişvili, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 18. Kristian Velinovski, 60. Tresor Mossi, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 11. Conatan Benteke, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

Vaqif Cavadovun gəlişindən sonra “Sumqayıt”dakı irəliləyiş göz qabağındadır. Samir Abasovun candərdi idarə etdiyi “Sumqayıt”a yeni nəfəs gəlib. “Gənclik şəhəri”nin təmsilçisi son dörd oyunun üçündə qələbə qazanıb. Sözsüz ki, bu uğurun da arxasında baş məşqçinin işi dayanır. “Şamaxı” ilə oyunda yekun nəticəni komandanın əzmkarlığı, qələbə üçün sona qədər vuruşması həll etdi. Qələbə qolunu isə 78-ci dəqiqədə Rövlan Muradov penaltidən vurdu. Həmin penaltini isə baş hakim Rauf Cabbarov VAR-a baxdıqdan sonra təyin etmişdi. Rövlan “nöqtə”dən dəqiq oynadı və “Sumqayıt”a əzmkar qələbə qazandırdı. Bu yerdə “Şamaxı”nın da ardıcıl yeddi oyunda qələbəyə həsrət qaldığını xatıladaq.
Xalını 16-a çatdıran “Sumqayıt” 6-cı pillədən irəli boylanır. 13 xalı olan “Şamaxı” isə 7-ci pilləni tutur.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:31

MPL: "Sabah" "Səbail"ə qarşı - YENİLƏNİR

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

19:26

"Futbolçularımla qürur duyuram" - Angelos Postekoğlu

18:45

I Liqa: "Qəbələ" uduzdu, çempionluğu ertələndi

18:19

"Çelsi"nin baş məşqçisi Polşa klubuna məğlubiyyəti belə dəyərləndirdi

17:51

AFFA "Turan Tovuz"un Berdiyevlə bağlı şikayətini təmin etdimi? - AÇIQLANDI

17:28

"Buraxdığımız iki asan qola bəraət qazandıra bilmərik" - Kukurelya məğlubiyyəti şərh etdi

17:09

"Bu, həyatımın ən yaxşı oyunu idi" - Leni Yoro

16:51

Lionel Messi uşaqlarının sevdiyi futbolçuların adlarını açıqladı

16:32

"Dəlisov qarşılaşma idi" - MY-nin qələbə qolunun müəllifi

Facebookdan bizi izləməyi unutmayın.
X