Rumıniya çempionatında 17-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son matçında Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Otselul”la üz-üzə gəlib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran FCSB turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Hazırda Buxarest təmsilçisi lider ÇFR-dən cəmi 1 xal geri qalır.
Qeyd edək ki, FCSB “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.