16:53 23.01.2025 841

"İndi "Turan Tovuz qisas hissi ilə alışıb yanır" - Qərb derbisinə sözardı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Üstündən bir neçə gün keçsə də, futbol ictimaiyyəti hələ Tovuzda baş tutan son qərb derbisində yaşananların ab-havasından çıxmayıb. Öz stadionundakı təmir işləri ilə əlaqədar ev oyunlarını məhz Tovuzda keçirən "Kəpəz"in nominal meydan sahibi qismində çıxdığı matçda böyükhesablı qələbəyə (5:2) imza atacağına şübhəsiz, yalnız "sarı-göylər"in ən nikbin azarkeşləri inanardılar. Derbidən öncə həm bu matçı işıqlandırmaq üçün Tovuza səfər edən media mənsubları, həm də futbol ictimaiyyətinin digər nümayəndələri "boz qurdlar"ın prinsipial qarşılaşmada əzəli rəqibinə şans verməyəcəyini düşünürdülər. Ancaq hamılıqla tam fərqli mənzərəyə, tam fərqli sonluğa şahidlik etdik. Adından söz etdirən gəncəlilərin ortaya qoyduğu performans Misli Premyer Liqasındakı ümumi rəqabətə də canlanma gətirdi. Elitanı tərk etməyə iki əsas namizəddən birinin qarşısına avrokuboklara vəsiqə məqsədi qoyan komanda önündə parlaq oyun sərgiləməsi çılpaq həqiqətdir.

Bir "qırmızı" çatmadı

Stadionda futbol adına çox şey var idi. Dolu tribunalar, azarkeş təzyiqi, həyəcandan qaynaqlanan fərdi səhvlər, mövqe xətaları, xoşagələn temp və sair. Gəncə komandasının 56-cı dəqiqədə vurduğu 3-cü qoldan sonra yerli azarkeşlərin önündə qolu çılğınlıqla bayram etməsi, dəqiqləşdirsək, gürcü yarımmüdafiəçi Rati Ardazişvilinin bu yöndə bir qədər ifrata varması fanatları da özündən çıxardı. Rəqibi müxtəlif kənar əşyalara "qonaq edən" azarkeşlərin davranışı gərginliyi pik həddə çatdırdı. Sonrakı dəqiqələr isə neytral futbolsevərlər üçün böyük bayrama çevrildi. Derbi prizmasından yanaşsaq, yalnız "qırmızı" çatmadı...

19 yanvar 2025. Saat 16:00. Tovuz şəhər stadionu, 4300 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Rojerio Santos, 60 (qeyri-idman hərəkəti) // Orxan Əliyev, 33 (qeyri-idman 
hərəkəti); Araş Qaderi, 60 (qeyri-idman hərəkəti); Rüfət Əhmədov, 60 (qeyri-idman hərəkəti); 
Fərid Yusifli, 60 (qeyri-idman hərəkəti); İsmayıl Zülfüqarlı, 90+7 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Araz Bağırov, 20 (“Kəpəz”) (hakimin qərarına etiraz)
Qollar: Turan Manafov, 17, 56; Yeqor Xvalko, 42; Mahamadu Ba, 75; Karim Lkoça, 90+2 -
Kristian da Silva, 5; Rəhim Sadıxov, 35
Qolla nəticələnməyən penalti: Luis Paçu, 55
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 7 dəq.

Hesab niyə belə oldu?

Taktiki incələmələr ayrıca yazı mövzusudur. Amma "Kəpəz"dən alınan Orxan Əliyevin, "Sumqayıt"dan gələn yarımmüdafiəçi Rəhim Sadıxovun "Turan Tovuz"un start "11-liy"ində yer alması maraqlı seçim idi. Kurban Berdiyevin Şəhriyar Əliyev və Roderik Millerin timsalında iki əsas müdafiəçinin xidmətindən məhrum olması isə bu qarşılaşmada gəncəliləri ümidləndirən əsas amil idi. Müdafiə xəttinin işinin öhdəsindən gələ bilməməsi "boz qurdlar"ın yenilgisini qaçılmaz etdi. Bu başqa məsələ ki, standart vəziyyətlərdən ən yaxşı şəkildə faydalanan, dublla yadda qalan Turan Manafov başda olmaqla, "Kəpəz"in bütün futbolçuları ortaya əsl xarakter qoydular. Oyunun qırılma nöqtəsinə gəlincə, yəqin ki, bu, müdafiəçi Mahamadu Banın 75-ci dəqiqədə vurduğu 4-cü qol idi. O qolun ardından qarşı tərəfin daha çox risk etməkdən başqa yolu qalmadı.

Mövsümün ilk duelini yada salaq

Dörddövrəli Misli Premyer Liqasında cari mövsümün ilk qərb derbisi avqustun 17-də baş tutdu. Çempionatın 3-cü turuna təsadüf edən matçda öz meydanında nominal qonaq qismində mübarizə aparan Tovuz təmsilçisi Adil Şükürovun çalışdırdığı "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdi. Hesab bir yana, tərəflərin yaydakı dueli "Turan Tovuz" üçün "asan gəzinti" xarakterli matç qismində dəyərləndirilməlidir. Əlbəttə, ümumi gərginlik müşahidə olunurdu, ancaq oyunu izləyənlər üçün əsas sual 20-ci dəqiqəyə qədər işi bitirən "boz qurdlar"ın neçə qol vuracağı, hansı hesabla qalib gələcəyi idi...

17 avqust 2024. Saat 18:15. Tovuz şəhər stadionu, 5500 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Zöhrab Abbasov
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Viktor Braqa, 50 (qeyri-idman hərəkəti); Ümid 
Səmədov, 76 (qeyri-idman hərəkəti) ; Arzu Atakişiyev, 84 (qeyri-idman 
hərəkəti); Ehtiram Şahverdiyev, 90+2 (hakimin qərarına etiraz);  
Şəhriyar Əliyev, 45+2 (qeyri-idman hərəkəti); Aleks Souza, 66 (qeyri-idman hərəkəti);
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Şçetinin Yevgeni (“Turan 
Tovuz”), 82 (texniki zona qaydalarını pozduğu üçün)
Qollar: Xəyal Nəcəfov, 15 ; Roderik Miller, 19 ; Kristian da Silva, 62 
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.

İkinci daha gərgin alındı

Tərəflərin ikinci qarşılaşması oktyabrın 25-də reallaşdı. "Turan Tovuz" üçün birincidən fərqli olaraq, asan alınmayan görüşdə artıq Azər Bağırov "Kəpəz"in "sükanı arxası"nda idi. Adına yaraşan gərginlik fonunda oynanılan matçın bərabərliklə başa çatması yəqin ki, ən ədalətli nəticə olardı. Lakin 90+4-cü dəqiqədə Emmanuel Hakmanın vurduğu qolla rəqibini xalsız qoyan tovuzlular stadiona toplaşan çılğın azarkeşlərini sevindirməyi bacardılar. Hiss olunurdu ki, hələ məlum səbəblərdən istədiyi heyəti formalaşdıra bilməyən "Kəpəz" komanda şəklində matçın statusunun fərqindədir və 1-ci dueldə aldığı darmadağını psixoloji anlamda həzm edə bilməyib.

25 oktyabr 2024. Saat 19:00. Tovuz şəhər stadionu, 3800 tamaşaçı
Baş hakim: Rauf Allahverdiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Rahil Ramazanov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Sadiq Şəfiyev, 19 (qeyri-idman hərəkəti); Veysəl Rzayev, 44 (qeyri-idman
hərəkəti); Kristian da Silva, 55 (qeyri-idman hərəkəti): Faiq Hacıyev, 63 (oyunun bərpasının
ləngidilməsi); Aleks Souza, 67 (qeyri-idman hərəkəti) - Luis Paçu, 2 (hakimin qərarına etiraz);
Nicat Suleymanov, 30 (qeyri-idman hərəkəti); Orxan Əliyev, 53 (tələb olunan məsafəyə riayət
edilməməsi); Rauf Hüseynli, 90+3 (qeyri-idman hərəkəti): Dioqo Verdaska, oyundan sonra,
oyundan sonra (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Dioqo Verdaşka: oyundan sonra
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Azər Bağırov, 62 (hakimin qərarına etiraz)
Qollar: Veysəl Rzayev, 15; Emmanuel Hakman, 90+4 - Luis Paçu, 76 (p.)
Qolla nəticələnməyən penalti: Kristian da Silva, 3
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq

May xəyalları

Qərb təmsilçiləri bir də sonuncu - 36-cı turda münasibətlərinə aydınlıq gətirəcəklər. Həmin vaxt "Kəpəz" və "Turan Tovuz"un turnir cədvəlindəki mövqelərinin necə olacağını indidən proqnozlaşdırmaq daha çox münəccimlik iddiasına bənzəyər. Hərçənd tovuzluların ağır yenilginin əvəzini çıxmağa, "Kəpəz"in isə 5:2-nin təsadüfi olmadığını isbatlamağa çalışacağı zərrə qədər şübhə doğurmur. 23-25 may aralığını əhatə edəcək son turdakı qərb derbisi vəziyyətdən asılı olaraq, bir qədər də prinsipiallaşa bilər.  

"İndi "Turan-Tovuz qisas hissi ilə alışıb yanır"

Son "Kəpəz" - "Turan Tovuz" oyunu ilə bağlı mütəxəssis fikrinə də ehtiyac duyduq. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovun fikirləri ilə tanış olun:

"Derbilərin olması futbolun kütləviləşməsi adına çox önəmli məqamdır. Belə matçların bu idman növünün inkişafında xüsusi rol oynayır. Ümumiyyətlə qərb futbolunda həmişə gərgin qarşılaşmalar olub. Bir vaxtlar "Şəmkir" - "Kəpəz" və ya "Turan" - "Şəmkir" görüşləri də prinsipial alınırdı. Bu oyun da istinsa deyildi. Komandaların turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq görüşün əsl derbi ab-habvasında baş tutması hər şeyi deyir. 

Azarkeşlər üçün bu nəticə təəccüblə qarşılansa da, futbol mütəxəssisləri məsələyə bir qədər fərqli yanaşırlar ki, bu da başadüşüləndir. Tovuz təmsilçisi hələ Ayxan Abbasov dönəmində döyüşkən, rəqabətədavamlı kollektiv statusu qazanmışdı. İndi yeni baş məşqçiləri, yaxşı heyətləri var. "Turan Tovuz"un bu mövsüm oynadığı matçlara baxsaq, ən yaxşı görüşlərini iddialılara qarşı keçiriblər. Çünki güclü rəqiblərə qarşı kompakt oynamaq məcburiyyətində qalırsan. Belədə, meydanda futbolçular bir-birini sığortalaya bilirlər. Razılaşaq ki, Tovuz komandasının heyətindəki futbolçuların ustalıq səviyyəsi "Qarabağ"ın, "Sabah"ın futbolçularının oyun keyfiyyəti qədər deyil. "Kəpəz"lə oyunda nominal qonaq statusu ilə çıxış etsələr də, öz azarkeşləri önündə daha öndə oynamaq, davamlı təzyiq etmək istəyirdilər. Belə oynayan komandada futbolçuların müdafiə zonasında bir-birinə yaxın oynaması problemə çevrilir. Açıq futbol gedirsə, müdafiədəki səhvləri sığortalamaq missiyası həqiqətən çətinləşir. 

Digər məqam bundan ibarətdir ki, tovuzluların iki əsas mərkəz müdafiəçisi oynaya bilmədi. Əvəzində oyun praktikası az olan arxa xətt oyunçularından istifadə etmək məcburiyyətində qaldılar. Deməli, "Kəpəz"in əks-hücumlardan uğurla yararlanması məntiqəuyğundur. Kurban Berdiyevin çalışdırdığı kollektiv hesabda geri düşəndən sonra daha çox risk etməyə başladı və yekunda 2:5 hesablı yenilgiyə üzüldü. Açığı "Kəpəz"in qələbəsini yox, hesabı bir qədər təəccüblə qarşıladım. Əminən ki, hazırda "Turan Tovuz" qisas hissi ilə alışıb yanır. Bizə mövsümün 4-cü qərb derbisini gözləmək qalır".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Aprel 2025
12:08

"Səhvlərimizi aradan qaldıracağıq" - Evren Alkaya

11:51

Mbappenin cəzası bəlli oldu - SON DURUM

11:33

"Barselona"nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

11:15

Böyük İpək Yolu: Azərbaycanın 11 boksçusu finala yüksəldi

10:57

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

10:38

Amansız mübarizə, bol qollar, geridönüşlər... – Tura baxış

10:20

Azərbaycan millisi qrup lideri ilə qarşılaşır

10:02

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürür

09:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

ÇL: Yarımfinalın ilk iki iştirakçısı müəyyənləşir - YENİLƏNİR

09:00

Avroliqanın qalibi 6 aylıq sıradan çıxdı

01:44

İspaniya La Liqası: "Atletiko Madrid"dən minimal hesablı qələbə

01:12

İPL: “Bornmut"a 1 qol bəs etdi

00:57

İtaliya A Seriyası: "Napoli"dən darmadağın

14 Aprel 2025
23:48

Türkiyə Super Liqası: "Eyüpspor" rəqibini rüsvay etdi

23:22

ABL: Pley-in mərhələsində daha bir oyun baş tutdu

22:44

Qvardiola "Mançester Siti"nin ulduzunun müqavilə yenilədiyini təsdiqlədi

22:18

"Arsenal" ulduzu ilə uzunmüddətli müqavilə imzalayır - Maaşı bu qədər olacaq

21:37

NTD - "Abşeron" duelinin güclüsü üçüncü görüşdə bilinəcək

21:16

"Zirə"nin əvəzediciləri "Neftçi"yə qalib gəldi

20:49

Əli Əliyevlə yeni müqavilə razılaşdırıldı

20:22

Azarkeşlər stadion almaq üçün milyonlar topladılar - Aksiyaya rəqibin prezidenti də qoşuldu

19:51

"Quba"nın baş məşqçisi hakimi qınadı

19:14

"Quba" ilə 10 görüşdə də qarşılaşsaq..." - Alberto Blanko

18:53

"Real Madrid"in futbolçuları məşqdə dava etdilər - "Arsenal"a darmadağının fəsadı

18:24

"Nyukasl" bizdən üstün, bizdən güclü idi" - Ruben Amorim

17:58

U-17 ilk oyunda uduzdu

17:32

AFFA əməkdaşları UEFA-nın tədbirində iştirak etdilər

17:13

"Arsenal" yeni hücumçu tapdı

16:50

ABL: "Ordu" pley-offda

16:25

Modriç bu klubun səhmlərini alır

16:07

"O, tarixin ən yaxşı futbolçusudur" - Mark-Andre ter Ştegen

15:49

"Komanda yoldaşlarıma görə məyusam" - MY-nin kapitanı

15:30

Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edilib

15:12

Asiya Kuboku: Özbəkistan millisi yarımfinala yüksəldi

14:53

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

14:35

Azərbaycanın taekvondoçuları Estoniyada 6 medal qazandılar

14:16

Manuel Noyerin "Cüzeppe Meazza"da oynaya bilib-bilməyəcəyinə aydınlıq gəldi

13:57

Bakıda keçirilən beynəlxalq turnirdə qalmaqal yaşandı - VİDEO

13:38

Azərbaycan üzgüçüləri Çexiyada 17 medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X