00:43 24.01.2025 764

"Üç künc zərbəsi, üç qol" - Qurban Qurbanov yenilgini şərh etdi

"Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda Rumıniyanın FCSB klubuna 2:3 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məqşçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Avropa Liqasında evdəki son matçımız idi. Bütün oyunlarda bizlərlə olduz, təşəkkür edirəm. Azarkeşlərə də təşəkkür edirəm. Şanslarımız az qalsa da, bizə inandılar, güvəndilər. Haqları da var idi. Çünki belə çox oyunumuz var, son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları var. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Son saniyələrdə dördüncü korneri vurdular. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Oyun baxımından… Deməli bunun bizim üçün faydası var, hazır olmalıyıq.

– Bu gün Fabyan Buntiçi qapıya qoymağa peşman oldunuz?

– Xeyr. Koxalski zədəli idi. İki gün əvvəl zədələnmişdi. Peşman olmadım. 

– Künc zərbələrindən buraxılan qollarda səhvləri var idi?

– Birində ola bilər. Amma təkrarda baxdım, çox da asan qollar deyildi.

– Juninyonun yoxluğu özünü göstərdi. “Qarabağ”ı gücləndirməyi düşünürsüz?

– Avropa təcrübəsinə baxsaz, böyük klublar da üç illik, 5 illik heyət formalaşdırır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu sadəcə 23-lüyə salmışdıq. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə, salmamışdıq. Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırır. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi. Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşuk daha yaxşı istifadə edəcək. Potensialı var. Gücləndirməyə gəldikdə, mütləq. Komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik.

– Avropa Liqasındakı nəticələr “Qarabağ”ın daxili oyunlarında psixoloji təsir göstərə bilər?

– Ola bilər. Futbolçular çox üzgün idilər. Mütləq şəkildə çalışacağıq ki, qarşıdakı oyunlara daha da hazırlıqlı olsunlar. Hələ son oyunumuz “Olimpiakos”a qarşıdır. Ona da ciddi hazırlaşmalıyıq. Çünki böyük klublara qarşı oynamaq hər bir futbolçu üçün böyük təcrübədir. Gələn il də bu komandalarla qarşılaşa bilərik. İstər-istəməz belə nəticədən sonra futbolçularda üzgünlük olur. Ola bilər ki, ilk oyunlarda özünü göstərsin, get-gedə komandanı formalaşdırmağa çalışacağıq.

– FCSB-dən hansısa futbolçu diqqətinizi xüsusi cəlb etdi?

– Bütün kollektiv məni cəlb etdi. Tək-tək deməyim düzgün çıxmaz. Hər xətdə lider futbolçuları var idi. Məşqçinin seçdiyi oyun sxemini yerinə yetirən qabiliyyətli oyunçular var idi. FKSB kollektiv oyuna üstünlük verir. Cəlb edən oldu, adını deyə bilməyəcəm.

– Leandro Andrade bu gün pleymeker oynadı və qol vurdu. Sizin üçün Andradeni vinger oynatmaq yaxşıdır, yoxsa pleymeker?

– Sol ayağı olsaydı, həmişə sağda oynadardım. Digər futbolçulardan bir az seçilən biridir. Başqa xüsusiyyətləri var. Ondan pleymeker kimi də yararlanırıq. Lazım olan qədər faydalanırıq.

– Avropa Liqasının format dəyişikliyi uğursuz nəticələrdə nə dərəcədə rol oynadı? Çünki adətən siz ilk oyundan sonra rəqibi daha yaxşı analiz edirsiz. Burada isə belə şans yoxdur…

- Mən bir az geriyə qayıdacam. Bu il Avropa turnirlərinə hazırlaşmağımıza. Çox yaxşı hazırlığımız olmuşdu. Avstriyadakı matçlarda da, komandamız daha yaxşı, daha güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. “Linkoln”, “Ludoqorets”lə matçları da bura daxil edə bilərəm. Komandada ümumi hazırlıq pis deyildi. Sadəcə nəticə olmadı. Bəli, format fərqli idi. Amma nəticə olmadı. Oyunun gedişatında daha da hiss olundu ki, bu mövsüm biz daha təcrübəli komanda olmuşuq, bu cür komandalara daha rahat hazırlaşıb, daha rahat oynayırıq. Zaqreb “Dinamo”su ilə oyunları xatırlayaq, nə qədər qol epizodlarımız oldu. Görünür ki, builki avrokubok matçlarından mütləq yaxşı nəticə çıxarmalıyıq. Daha riskli futbol oynayırıq. Futbolçularım həmişə cəsarətli olmağa çalışıb. Öz istədiklərimizi həyata keçirməyə çalışırıq. Hansısa oyunlarda ustalıq səviyyəsi futbolçularda çatışmır. Bugünkü oyunda 3 künc zərbəsinə üç qol buraxdıq. Həqiqətən təsiredicidir. Formata gəldikdə, daha sonra daha yaxşı fikir söyləmək olar. Formatın üzərinə atmayaq ki, fikrimizdə o qalar. Futbolçulara başqa cür təsir edər. (Sportal)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

Facebookdan bizi izləməyi unutmayın.
X