Misli Premyer Liqasının 20-cu turunda "Səbail"ə 0:1 hesabı ilə məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı Bayıldakı prinsipial matçın ardından belə danışıb:
"Mənim üçün maraqlı oyun oldu. Yaxşı mübarizə apardıq. Əslində, uduzulacaq oyun deyildi. Təəssüflər olsun ki, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Üzücü tərəfi budur. İrəliyə baxmaq lazımdır. Qarşıda 16 tur var. Mübarizə davam edəcək".