Misli Premyer Liqasının 23-cü turunda "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:
"Ilk hissədə uşaqlar məsuliyyətin, istəyin çoxluğundan "yandılar". Çətin matç idi. Uşaqları təbrik edirəm.
Komandanın bir neçə əsas futbolçusu sıradan çıxırsa, yenilərin uyğunlaşmasına vaxt lazım olur. Hazırda bizdə də belədir. Nələrsə alınır, nələrisə yaxşılaşdırmaq lazım gəlir.
Rəqib futbolçuya verilən qırmızı vərəqə? Hakimlərlə bağlı danışmaq istəmirəm".
Nihat