Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Sabah" oyunun biletləri bu gün saat 19:00-dan etibarən satışdadır.
Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 7 və 15 manat aralığında dəyişir.
Biletlər həm "iTicket.az"-da onlayn,həm də oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.