Birinci Liqanın 15-ci turu çərçivəsində bu gün keçirilən matçda “Baku Sporting” ilə qarşılaşan "Mingəçevir" 1:0 hesablı qələbə qazanıb. Matçın ardından "işıqçılar"ın qələbə qolunun müəllifi Aqil Nəsibov fikirlərini Fanat.Az-a bölüşüb.
"Hər oyuna olduğu kimi bu matça da qələbə üçün çıxmışdıq. Qol vurduğum üçün şadam. Bu qol bizə 3 xal qazandırdı. Mənim üçün də bir motivasiya oldu. Əsas olan komandanın qələbəsidir. Növbəti oyunlarda azarkeşlərimizin bizi dəstəkləməsi çox vacibdir. Onların dəstəyi, bizə olan inamı meydanda hamımızı daha da güclü edir. Qarşıda daha çətin oyunlarımız var".
Nihat