Polşada Radom şəhərinin büdcəsindən yerli "Radomyak" klubunun futbolçularına ödənilən aylıq əlavə mükafatların məbləği açıqlanıb.
Fanat.Az "Echo Dnia"ya istinadən xəbər verir ki, komandanın ən çox qazanan futbolçusu azərbaycanlı müdafiəçi Rahil Məmmədovdur.
Rahilin hesabına hər ay 22 min zlot (təxminən 9500 manat) köçürülür. Bu qədər əlavə mükafat alan yalnız baş məşqçi Joau Enrikeşdir.
Qeyd edək ki, bu pullara Ekstraklassa müdaxilə etmir və məbləğ texniki heyətin hesabına köçürülür.
Nihat