Misli Premyer Liqasının 26-cı turunda evdə "Sabah"a qalib gələn "Şamaxın"ın baş məşqçisi Ayxan Abbasov oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis matfdan sonra keçirilən mətbuat konfransında belə danışıb:
"Bizim üçün önəmli qələbə idi. Hər xal qızıla bərabərdir. Müsbət nəticələrin davamlı şəkil alması xoşdur. Buna ehtiyacımız var idi. Mövqeyimizi yaxşılaşdırdıq. Azarkeşlərin dəstəyi ilə qələbə qazandıq. Futbolçularımı təbrik edirəm, taktiki baxımdan rəqibə üstünlük vermədilər. Bu xallar Premyer Liqada qalmağımıza böyük kömək edəcək. Çempionatdakı mübarizə getdikcə gərginləşir.
Berezutski vaxt uzatdığımızı dedi? Yanaşmam başqadır. Bu, normaldır. İkinci hissədə daha çox nəticə haqda düşünürdük. Həmkarımın sözlərini normal sayıram.
Edqar milliyə? Gəlin tələsməyək. Onun çox yaxşı potensialı var. Amma öz üzərində işləməlidir. Bu gün millidə oynamağa hazır deyil. Belə davam etsə, gələcəkdə çağırıla bilər.
Bur futbolçu gəlib. Tibbi baxışdan keçəndən sonra müqavilə bağlayacağıq. Yeni oyunçu hücumçudur. Belajdi Pusinin gedişindən sonra forvarda ehtiyac hiss olunurdu".
Nihat