15:31 17.03.2025 1462

Böyümək lazımdır...

Futbol anlayışı meydandakı oyunla məhdudlaşmır, həm də onun ətrafında qurulan ünsiyyət, azarkeşlər və media ilə münasibətlər də böyük əhəmiyyət daşıyır. Uğurlu komandalar yalnız taktika və oyun üslubu ilə deyil, həm də açıq kommunikasiya və hesabatlılıq prinsipləri ilə fərqlənir. Lakin son illərdə Azərbaycan futbolunda fərqli bir mənzərə formalaşıb: məşqçilər uğursuz nəticələrin izahını vermək əvəzinə, diqqəti yayındırmağa, jurnalistləri günahlandırmağa və ya suallardan qaçmağa çalışırlar.

Birincisi, sual ittiham deyil. Medianın işi, mətbuat konfransının mahiyyəti sual-cavabdır. Sual veriləcək, cavab verə bilirsənsə, verəcəksən, ya da susmaq, cavablandırmamaq hüququndan istifadə edəcəksən. Hətta bununla bağlı “Pro” kateqoriyalı məşqçi kurslarında dərslər keçirilir. Görünən odur ki, bəzi məşqçilərimizə həmin dərslərdə “qayıb” qoyulub. Məsələn, Samir Abasov nadir məşqçilərimizdəndir ki, günahı həmişə kənarda axtarıb. Gah azarkeş günahkar olur, gah futbolçu, gah da jurnalistlər. Bu vaxta qədər eşitmisinizmi Abasov desin ki, filan məğlubiyyətə görə, filan xal itkisinə görə səhv məndə olub? Dünən “Səbail”lə qarşılaşmadan qalib ayrılan “Neftçi” (2:1) çempionatda nəzəri şanslarını, kubokda isə avrokubok ümidini saxlayır. Çətin olsa da, mümkünsüz deyil. Elə bu dəmdə “avrokuboka vəsiqə qazanmasanız, istefa verəcəksinizmi?” sualının yeridir. Niyə də soruşmayaq? 
 
“Neftçi” kimi klubun avrokuboklardan kənarda qalması faciədir. Bunu azarkeş də bilir, jurnalist də. Sanki Samir bəy bütün bunların fərqində deyil. Jurnalistin sualının arxasında qaranlıq məqamı görməyi bacaran baş məşqçi, 9 tur sonra olacaqları niyə görmür? 

Hər ay ən azı 30-40 min manat məvacib  alan məşqçidən “maaşınızı hara xərcləyirsiniz?” soruşmaq ayıb olar, amma “bu qədər pulu niyə və hansı nəticəyə görə haqq edirsiniz?” sualını vermək peşəkarlığın əslidir. Dünən həmkarımız da  bu sualı ən yumşaq formada verib. Yaxşı da edib. 

“Neftçi” böyük klubdur. Məşqçisi də böyük olmalıdır. Hər addımı nümunə olmalı, hər qələbəsi dərsliklərə salınmalıdır. Yaxşı olar ki, Abasov qaranlıq otaqda qara pişik axtarmaqdansa, Avropaya boylansın. Həmkarları Xosep Qvardiolanın, Arne Slotun və sairlərinin mətbuat konfranslarında suallar önündə necə tər tökmələrinə baxsın, öyrənsin.

Böyümək lazımdır...

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 İyun 2025
22:55

Mahir qol vurdu"Kayzerslautern" rəqibinə rəhm etmədi

22:03

"Sabah"dan ilk sınaq matçında məhsuldar heç-heçə

21:53

PSJ Messili "İnter Mayami"ni darmadağın edib 1/4 finala yüksəldi

21:26

Azərbaycan karateçiləri Xorvatiyada iki "bürünc" qazandılar

20:55

Azərbaycan güləşçiləri Türkiyədəki turniri 8 medalla başa vurdular

20:28

"Qarabağ" yeni formalarını Şuşada təqdim etdi - FOTO

19:54

"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi bilindi

19:25

"Neftçi"yə Samir müəllimin istəyi ilə gəlmişəm" - Elvin Bədəlov

18:57

İngiltərə nəhəngi Ekitikeni alır - SON DURUM

18:20

Topuriya UFC çempionu oldu

17:37

Azərbaycan yığmaları EEVZA çempionatındakı çıxışlarını başa vurdular

17:19

Maykl Cordan şəxsi yaxtası ilə Xorvatiya sahillərində - FOTO

16:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:53

"Kəpəz" iki legioneri ilə müqavilə yenilədi

16:26

Azərbaycan avarçəkənləri Vyanada gümüş medal qazandılar

15:47

Kazemiro gələcəyi ilə bağlı qərarını qətiləşdirdi

14:56

"Sabah" Avstriyada ilk sınaq matçına çıxır

14:13

"Kəpəz" Tural ilə də vidalaşdı - RƏSMİ

13:38

"Karvan" daha bir futbolçusu ilə əməkdaşlığa son qoydu -RƏSMİ

13:06

"Turan Tovuz" Türkiyəyə bu tarixdə yollanacaq

12:40

Siyasət Əsgərov 0:3-ü şərh etdi

12:23

"Çelsi" Bayno-Gittens üçün "Borussiya"ya nə qədər ödəyəcək?

11:46

"Demişdim ki, 100 milyona oyunçu alsaq, postumdan gedəcəm" - Yürgen Klopp

11:17

"Liverpul"un vingeri AÇ-nin ən yaxşı oyunçusu elan edildi

10:39

Klublararası DÇ: PSJ "İnter Mayami"yə, "Flamenqo" "Bayern Münhen"ə qarşı

09:50

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

"Parma"nın hücumçusu İtaliya nəhəngində - MƏBLƏĞ

05:02

"Çelsi" "Benfika" əlavə vaxtda yenib 1/4-ə yüksəldi

02:41

İngiltərə seçməsi ardıcıl ikinci dəfə çempion oldu

00:45

“Kəpəz” portuqaliyalı futbolçularla vidalaşdı

28 İyun 2025
23:58

Azərbaycanlı güləşçi Türkiyədə çempion oldu

23:33

İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi

22:58

Klublararası dünya çempionatı: İlk 1/4 finalçı bilindi

22:20

Azərbaycan millisi Belarusa uduzdu

21:58

Vinisius Qaret Beylin uğurunu təkrarladı - "10-luq"

21:17

Millimiz Avropa çempionu oldu

20:21

"Udineze"nin qapşçısını 4 illik həbs gözləyir - SƏBƏB

19:53

"Neftçi" milli üzvünün keçidini açıqladı

19:05

Altıqat İngiltərə çempionu "Milan"dan ayrıldı

18:40

“Neftçi” yeni transfer reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X