Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin çıxış etdiyi “Çernomorets” səfərdə “Karpatı” ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Emil 61-ci dəqiqədə oyuna buraxılıb.
Hazırda 15 xalı olan “Çernomorets” 16 komanda arasında sonuncudur.