Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin şərəfini qoruduğu “Çernomorets” Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Odessa təmsilçisi meydan sahibi qismində “LNZ Çerkasi” ilə üz-üzə gəlib.
Oyun “Çernomorets”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil sonadək ehtiyatda qalıb.
Hazırda 18 xalı olan “Çernomorets” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.