Misli Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan "Qarabağ" - "Zirə" oyununda (1:0) zədələnən yarımmüdafiəçi Kadi Borgesin son vəziyyətinə aydınlıq gəlib.
Bu barədə Fanat.Az-a braziliyalı futbolçunun formasını geyindiyi Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib:
"Kadinin zədəsi ciddi deyil. İki günlük müalicədən sonra özünü yaxşı hiss edir və sabahdan məşqlərə qoşulması planlaşdırılır".
Xatırladaq ki, "qartallar"la görüşün 15-ci dəqiqəsində cərimə zərbəsindən baxımlı qola imza atan Kadi xəsarət aldığı üçün matçın 54-cü dəqiqəsində yerini Aleksey Kaşuka vermək məcburiyyətində qalmışdı.
Nihat