İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan derbidən - "Mançester Yunayted" - "Mançester Siti" qarşılaşmasından (0:0) sonra "şəhərlilər"in yarımmüdafiəçisi Cek Qrilişi vuran MY azarkeşi saxlanılıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.
Xəbərə görə, 20 yaşlı fanata artıq cinayət işi açılıb və o, iyulda məhkəmə qarşısına çıxacaq. Mənbə hadisə ilə bağlı araşdırmalar davam etdirildiyi üçün klubların xoşagəlməz olayı şərh etmək istəmədiklərini vurğulayıb.
Xatırladaq ki, derbinin ardından özünü paltardəyişmə otağına yollanan Qrilişə çatdıran azarkeş futbolçuya şapalaq vurmuşdu.
Nihat