AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Braziliyanın Rio de Janeyro şəhərində keçirilən FIFA Komplayens Sammitində qatılıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə FIFA-nın üzv assosiasiyalarında komplayens sistemlərinin gücləndirilməsi, etik prinsiplərin tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda müzakirələr aparılır.
Günay Zamanlı sammit çərçivəsində beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi apararaq AFFA-nı bu sahədə təmsil edir.