21:30 11.04.2025 3161

Qurban Qurbanov darmadağından sonra belə danışdı

“Qarabağ” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram.

– “Neftçi” ilə çempionat oyununa qədər hazırlıq üçün 8 gün vaxtınız var. Bundan 5 gün sonra isə “Araz-Naxçıvan”la kubok matçı gəlir. Balansı qorumaq mümkün olacaq?
– Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

– Kubok oyununu düşünərək “Neftçi” ilə matçda hansısa rotasiya edə bilərsiz?
– Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik. 

– Kevin Medinanın oynamaması nə ilə əlaqədardır?
– Mateus Silvanı oynatdım. Limiti də nəzərə almaq lazımdır. O mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir. 

– Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?
– Düzü, sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq.

– Oyunçu dəyişikliklərindən sonra qol şanslarınız azaldı. Meydana daxil olan oyunçular hazır deyildilər?
– Əksinə, qol epizodlarına heç də az girmədik. İstər-istəməz oyuna sonradan qoşulmaq asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar.

– Emmanuel Addaiyə ümidlər böyük idi. Onun performansından razısız?
– Xeyr, razı deyiləm.

– Demişdiz ki, “Səbail”in meydançasında oynamaq çox çətindir. Bu gün dinamik oyun oldu. Süni ot örtüyündə oynamağa artıq alışmısız?
– Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə baxsaq, ən çox zədəlilər “Səbail”də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istəyərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar.

– Oyunboyu skamyadan çıxmadınız. Sanki küskün şəkildə oturmuşduz yerinizdə. Səbəb nə idi? 
– Öz yerimdə idim. Oyunlar olur ki, bəzən çox müdaxilə edirsən, bəzən sakit olursan. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir.

– Növbəti mövsümdən Premyer Liqada klublara 3 yox, 2,5 milyon manat maliyyə vəsaiti ayrılacaq. Premyer Liqanın səviyyəsi aşağı düşməyəcək?
– Bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun. (Sportal)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X