Misli Premyer Liqasının 30-cu turunda Tovuzda "Kəpəz"lə qolsuz bərabərliyə razılaşan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Ağır oyun oldu. Sıx qrafiklə matçlara çıxırıq. İkinci hissədə oyunun tepmini qaldırdıq, qol epizodları yaratdıq. Elə oyun idi ki, uda da bilərdik, uduza da. Növbəti matça hazırlaşacağıq.
Müdafiədə boşluqlar? Heyətdə çox sayda zədəli futbolçu var. Buna görə rotasiyalar etməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.
Gərginliyin olması normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olasan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.
Baxşıyev "Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiniz" sualına belə cavab verib:
"Bizi düşündürən "Turan Tovuz" yox, özümüzük. Xişbəxtliyi başqa komandanın nəticələrində axtarmaq istəmirik".