“Zirə” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Neftçi”ni 4:2 məğlub edib.
Fanat.Az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Oyun bizim üçün odluqca çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. “Sumqayıt”a qarşı vacib oyun bizi gölzəyir”.