Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.
Klubu mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, hazırda heyətdə yalnız bir zədəli futbolçu var:
"Cəzalı oyunçumuz yoxdur. Yalnız qapıçı Şahruddin Məhəmmədəliyev zədə səbəbindən məşqlərdə iştirak edə bilmir".
"Qarabağ" - "Neftçi" qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək. 30 oyuna 73 xal toplayan Ağdam təmsilçisi çempionatın turnir cədvəlinin zirvəsində mövqe tutubsa, 35 xala malik "ağ-qaralar" 6-cı pillədə qərarlaşıblar.
Nihat