Misli Premyer Liqasının 31-ci turunda "Sumqayıt"ı qəbul edəcək "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"Heyətdə cəzalı futbolçu yoxdur. David Volkov, Yusuf Laval və Fuad Bayramov zədə səbəbindən "Sumqayıt"a qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, aprelin 20-də keçiriləcək "Zirə" - "Sumqayıt" qarşılaşması 19:00-da başlayacaq. 30 tura 58 xal toplayan qəsəbə təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində mövqe tutubsa, 29 xalı olan "kimyaçılar" 8-ci sırada qərarlaşıblar.
Nihat