14:55 21.04.2025 234

"Daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq" - Ehtiram Quliyev

Bu gün “Turan Tovuz”un Kürdəxanı qəsəbəsində inşası davam edən “Hünər” təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı daha 2 təbii örtüklü meydança salınacaq.

İstismara verilən meydança isinmə hərəkətləri üçün ayrıca təbii ot örtüklü zona, buz hovuzu, sauna, toplantı və iclas zalları, soyunub-geyinmə otaqları, sanitar qovşaq, həkim və masaj otağı, 3 mərtəbədən ibarət izləmə və çəkiliş qülləsi, müasir standartlara uyğun qazanxana, suvarma sistemi ilə təmin olunub.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Hünər” Təlim-Məşq Bazasının açılış mərasimində jurnalistlərə açıqlama verib:

“Bu gün futbol ictimaiyyəti, xüsusən də “Turan Tovuz” azarkeşləri və əməkçiləri üçün əlamətdar gündür. “Hünər” Təlim Məşq Bazası komandamızın nailiyyətləri üçün çox önəmli mərhələdir. Təbii ot örtüklü meydançada məşq etmək, oyunlara hazırlaşa bilmək komandanın işini bir az da asanlaşdıracaq. Beş hektarlıq ərazidə daha iki meydan və otel kompleksinin inşasını nəzərdə tuturuq. Baza “Hünər qrup”a məxsus ərazidə “Hünər Qrup” tərəfindən inşa edilib və “Turan Turan”un istismarına veriləcək. Bunu gələcəkdəki xərclərə qənaət etmək nöqteyi nəzərindən bir mərhələ olaraq görürük. “Turan Tovuz” futbol klubu olaraq oturub fikirləşdik ki, keçici nailiyyətlərə yox, məhz struktur nailiyyətlərinə önəm verməliyik. Bu yay Tovuzda da meydançaların salınmasına başlayacağıq. İdman mediası tərəfindən bu qədər geniş diqqət bizi xüsusən sevindirir”.

O, bazanın Azərbaycan Premyer Liqasının digər klublarının istifadəsinə verilə biləcəyini istisna etməyib: “İlkin mərhələdə nəzərdə tutmuruq. Daha iki meydança və otel kompleksi inşa olunandan sonra burada əməkdaşlar işləyəcək. Bu da klub üçün ciddi maliyyə yüküdür. Buranın özü özünün istismar xərclərinin çıxarması üçün digər klublara da icarəyə verəcəyik. Amma digər meydançaların inşasından sonra. Düşünürəm ki, digər klublar da bu imkanlardan faydalanacaqlar”.

Klub rəhbəri əsas komandanın Kürdəxanıda məskunlaşıb oyundan-oyuna Tovuza getməsi fikrini təkzib edib. O, gələcəkdə bölgədəki stadionun ot örtüyünün dəyişdirilməsi planından da söz açıb:

“Yox, komanda Tovuzda oyundan-oyuna görünməyəcək. Haqlı olaraq belə sualınız ola bilər ki, meydançanı burada salmaqdansa Tovuzda niyə salmadıq? Elə deyil. Oradakı əsas meydançanın ot örtüyü sünidir, bütün yaş qruplarından ibarət komandalarımız məşq edir. Tovuzdakı meydançanı dəyişsək, artıq yaş qruplarından ibarət komandaları ora buraxa bilməyəcəyik. Bir neçəsi lazımdır ki, buna da şirkətin maddi gücü imkan vermir. Amma yay aylarından etibarən həmin infrastruktur layihələrə başlayacağıq. Layihə bitdikdən sonra tamamilə orada olacağıq. İndi Tovuza gedib-gəlirik. Növbəti mövsümdən Premyer Liqaya üç bölgə klubu da əlavə olunacaq, bu da bizim Bakıda daha az vaxt keçirməyimizə səbəb olacaq. Mərhələli addımlarla bu işləri görməyə çalışacağıq”.

Quliyev Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi zamanı AFFA-dan dəstək istəməyəcəklərini qeyd edib: “Bu işlər şəxsi vəsaitimiz hesabına baş tutacaq. Vaxtımız yoxdur. AFFA-nın strateji planından sonra görəcəyi işlər çoxdur. Əvəllər federasiyaya belə müraciətimiz vardı. Amma strateji plandan sonra başa düşdük və belə qərara gəldik ki, daxili imkanlar hesabına bu işləri görməliyik”.

“Turan Tovuz”un rəhbəri akademiya ilə bağlı görülən işlərdən də danışıb: “Akademiyada 500-dək uşaq hazırda məşq edir. Onlardan təqribən 50-ni klubun bazasında saxlayırıq. Amma Ağstafa, Tovuzun bir neçə kəndində futbol akademiyaları açmışıq, fəaliyyətə başlayıblar. Biz özümüzü tək Tovuzun deyil, qərb bölgəsinin komandası kimi görürük. Nəinki qərbin, bütün Azərbaycanın komandasıyıq. Xalqın komandası addım-addım o mərhələyə gələcək”.

Ehtiram Quliyev “Turan Tovuz”un gələcək hədəflərindən də söz açıb:

“Turan Tovuz” komandasının yaxın 3 ildə hədəfi avrokuboklarda pley-off, mümkün olsa, qrup mərhələsinə vəsiqədən ibarət olacaq. Tovuzda əsas komanda üçün binanın açılışını etdik, indi də Kürdəxanıdakı meydançamızı istidadəyə verdik. Çox böyük vəsaitlər gedib. Bu xərci oyunçulara sərf edərək, çox asanlıqla nailiyyət əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Dayanıqlı inkişafla hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Ümidvaram ki, yaxın 3 ildə planlarımızı gerçəkləşdirə biləcəyik”.

Quliyevin fikrincə, “Turan Tovuz” azarkeşlərinin bu qədər gözləməyə səbri çatacaq: “Onlar qalibiyyətdə də, məğlubiyyətdə də komandanın yanındadırlar, “Turan Tovuz”u təmənnasız sevirlər. Komandanın uzun müddət – 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Azarkeşlərimizin yanımızda olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur”.


 

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

25 phrase_var_core.april 2025
01:57

İspaniya La Liqası: "Atletiko" Madriddə, "Betis" Sevilyada coşdu

01:09

İtaliya Kuboku: "Milan"ın finaldakı rəqibi bəlli oldu

00:56

Türkiyə Kuboku: "Qalatasaray"ın finaldakı rəqibi bilindi

24 phrase_var_core.april 2025
23:00

Premyer Liqa tarixinin ən yaxşı hücumçusu müəyyənləşdi - Runi üçüncü, Droqba doqquzuncudur

22:20

Anrinin yeni iş yeri bilindi - Onu bu kluba Klopp təklif edib

21:49

A Seriyası klubunun məşqində faciə yaşandı, sabahkı oyunu təxirə salındı

21:20

Yüksək Liqa: Lider büdrədi, "Araz-Naxçıvan" zirvəni ələ keçirdi

20:54

Qvardiola İPL-də ilk qolunu vuran Nunesin çıxışını belə incələdi

20:06

De Blekere “Qarabağ” – “Araz-Naxçıvan” matçındakı mübahisəli qərarı şərh etdi

19:40

İngiltərə nəhəngi bu futbolçulara görə "Real"a 200 milyon avro ödəməyə hazırdır

19:18

I Liqa: "Mingəçevir" 3 xalı 4 qolla qazandı

18:40

Emin Əmrullayev FIBA-nın baş katibi ilə görüşdü

18:16

MPL: 32-ci turun oyunlarına təyinatlar bəlli oldu

17:59

"Azərreyl" çempion oldu

17:41

Azərbaycan parataekvondoçuları Çində "Prezident Kuboku" turnirinə qatılacaqlar

17:23

"Qarabağ"ın "qızıl dubl", "bayquşlar"ın Avropa arzusu - Finala ön söz

17:05

"Sabah" - "Neftçi" matçında rekord qeydə alındı

16:46

38 yaşlı əfsanə "Lester"lə vidalaşdı - RƏSMİ

16:28

“Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı olacaq

16:10

La Liqa komandasının baş məşqçisi 7 il öncə tutduğu postunu tərk edir - RƏSMİ

15:52

Futbolçu çarpayının altında gizləndi, xanımını və uşağını apardılar

15:34

Arteta komandasını tənqid etdi: "Ortaya qoyduğumuz futbola görə məyusam"

15:16

"Nyukasl"ın baş məşqçisi xəsətəxanadan çıxdı

14:58

"Liverpul" Nunyesi satırsa, Keynə diqqət yetirməlidir"

14:40

"Real Madrid" Kamavinqasız qaldı - RƏSMİ

14:22

İtaliya nəhəngi Sudakovu sıralarına cəlb edir - Rəsmi təklif göndərildi

14:04

"Azəryol" "Qarabağ"ı üstələdi

13:47

"Lids" rəhbərliyi komandanı elitaya daşıyan mütəxəssisə güvənmir - SON DURUM

13:29

"Betis" 34 yaşlı futbolçusu ilə müqavilə yenilədi

13:11

Devisə 22 milyon avro bonus ödəyən "Bayern" digər ikisini yola gətirə bilmir - SON DURUM

12:53

Salahdan əlini üzən "Əl-Hilal" bu ulduzu aparır

12:35

UEFA Türkiyədə nümayəndəlik açdı

12:17

Bu gün Azərbaycan çempionunun adı bilinəcək

12:06

"Barselona"nın baş məşqçisi Viktorla bağlı Dekuya göstəriş verdi - SON DURUM

11:48

Millimizin Macarıstanla oyununun başlama vaxtı bilindi

11:30

"Real"ın iki ulduzu "Barselona" ilə kubokun finalını buraxacaq - Ançelotti açıqladı

11:12

Azərbaycan klubunda məşqçi təyinatı reallaşdı

10:54

Mədət Quliyev federasiya prezidenti postundan istefa verdi

10:42

“Sabah” bunu bacaran 19-cu komanda oldu

10:26

“Qarabağ” yeni rekorda imza atdı

phrase_var_core.fb
X