Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində sabah "Araz-Naxçıvan"ı qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev deyib:
"Zədəli yalnız qapıçı Şahruddin Məhəmmədəliyevdir. Marko Veşoviç isə cəzalı duruma düşdüyü üçün bu oyunda iştirak edə bilməyəcək".
Qeyd edək ki, tərəflərin birinci qarşılaşması Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci duel 17:00-da başlayacaq. Görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Nihat