Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni qəbul edəcək "Sabah" oyunun hazırlıqlarını davam etdirir.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, heyətdə mövsümü erkən bitirdiyi öncədən bəlli olan müdafiəçi Amin Seydiyevdən başqa itki yoxdur.
Klub rəsmisi Masazır təmsilçisinin tam heyətlə hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, tərəflərin ilk dueli "qara-çəhrayılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" - "Neftçi" matçı 20:00-da start götürəcək. "Bank Respublika Arena"dakı görüşü İnqilab Məmmədov idarə edəcək.
Nihat