“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun dünən çempion olduqları matçdan - “Sabah”la görüşdən (1:1) sonra paltardəyişmə otağında futbolçularını təbrik edərkən müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi rezonans doğurdu.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev Fanat.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Baş məşqçi ilə Bəhlul arasında hər hansı problem olduğundan söhbət gedə bilməz. Hər şey qaydasındadır. Komanda daxilində əla ab-hava var. Qurban müəllim Mustafazadə ilə daha öncə meydanda görüşmüşdü. Yalnız Bəhlulu yox, klubun bəzi işçilərini və başqa futbolçularını paltardəyişmə otağına gəlməmişdən əvvəl təbrik etdiyi üçün onlarla ikinci dəfə görüşməyib. Bundan başqa, Bəhlul həmin vaxt əlindəki sarğını açırdı. Ola bilsin ki, kənardan başqa cür görünüb, amma əmin ola bilərsiniz ki, hər hansı problem yoxdur".
Nihat