23:14 28.04.2025 197

"Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik" - Samir Abasov

“Neftçi” Misli Premyer Liqasının 32-ci turunda səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.

Fanat.Az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

İki fərqli hissə izləməyimizin səbəbi idi?
– Düşünmürəm ki, iki fərqli hissə oldu. İlk dəqiqələrdən oyunu diqtə etməyə çalışırdıq. Bir neçə dəfə pressinq etdikdən sonra topu almağı bacardıq. Sadəcə qərarlar düzgün olmadı. İlk hücumda qapımızda qol gördük.Hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bir az neqativ ab-hava formalaşıb. Amma buna görə kimlərsə istədiklərini edə bilməzlər. Bu gün hakim oyunu ələ ala bilmədi. Topdaşıyanlar topu gec verirlər, oyunun tempini salırlar. Ağadadaşın sayılmayan qolu… Planşetdə epizodlara biz də baxırıq. Ola bilər ki, VAR otağında başqa görüntülər var. Biz gördüyümüz videolara əsasən deyirəm ki, təmiz qol idi. Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik. Təmiz qolumuzu saymadılar. Çox vaxt hesabda öndə olanda biz qollar buraxmışıq. Amma bu gün 0:2-dən sonra qollar vurub heç-heçə etdik. Futbolçular sağ olsunlar. 

Bəzi futbolçular özlərini göstərməyə çalışır, bəziləri isə sanki “Neftçi”dən əllərini üzüblər. Siz necə düşünürsünüz?
– Peşəkar liqada oynayırıq. Heç birimizin aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətinə qazanasan. Amma komandanı oyunlara kökləmək çətindir. Amma neynəyək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün qapanan komandaya qarşı oynadıq. “Neftçi”dəki futbolçular digər klublardan maddiyyatı ilə seçilir. “Neftçi”nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Problemləri aradan qaldırmağa çalışacağıq.

Növbəti mövsüm üçün beyninizdə hansı planlar var?
– Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq. Heç kimə sirr deyil ki, bu, oyunçularla bağlıdır. Axtarışdayıq. 

Yarımmüdafiədə olan itkilər oyununuza təsir etdi?
– Hansı oyuna eyni heyətlə çıxmışıq ki? Son oyunda Emin Mahmudov zədələndi. Ola bilər ki, mövsümü erkəm başa vursun. İki aydır oynamırdı. Çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də yaşla bağlıdır. Ümumi baxanda orta xətdə oyunçularımız çoxdur. Amma Rafael Quzzo, Rio, Emil Səfərov zədəlidir. Heyət quranda, dəyişiklik edəndə problemlə üzləşirik. 

– “Neftçi”yə gələndə problemlərin bu qədər olacağını gözləyirdiz?
– Gözləyirdim. Hara gəldiyimizi bilirdik. Hər şeyi müzakirə etmişik. İşimizi daha da yaxşılaşdırmağa doğru gedirik. (Sportal)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

17:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

15:44

Çempion Kyezanı apara biləcəkmi? - SON DURUM

15:14

Klublararası dünya çempionatının oyunlarını bu kanallar yayımlayacaq

14:09

"Barselona" gənc istedadı bu qiymətə alır - Tərəflər razılaşdılar

13:48

"Roma" Dovbiklə bağlı qərarını qətiləşdirdi

13:20

Azərbaycan Qış İdmanı Növləri Federasiyası FIS-in tamhüquqlu üzvü oldu

12:42

"Zirə" iki futbolçusu ilə əməkdaşlığa son qoydu

12:10

"Real"ın ulduzu ümidini itirmir

11:51

"Liverpul"un qapıçısı "Ayaks"a keçmək üzrədir

11:23

Azərbaycan yığması Rumıniya ilə üz-üzə

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:06

"Mənimlə DÇ-ni qazanmış oğlanı milliyə baş məşqçi təyin etsəydilər, sevinərdim"

09:36

DÇ: Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə başlayacaq

09:00

"Mançester Siti" rekord məbləğə aldığını yarı qiymətinə sata bilmir

13 İyun 2025
23:46

AÇ: Nəzrin medalını "tuş"la qazandı

23:23

Azərbaycanın 2 güləşcisi AÇ-nin finalında

23:11

Simeone klublararası dünya çempionatında nəyə ümid edir?

22:58

İmanol ərəblərdən cəlbedici təklif aldı - "Sevilya"ya "yox" deyə bilər

22:23

Arda Turan "Şaxtyor"un transfer planlarından danışdı

21:51

Çempion "Udineze"nin bombardirinin razılığını aldı - SON DURUM

21:20

Avropa çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

20:43

Qattuzo Buffonla görüşdü, təklifi qəbul etdi

20:21

"Neftçi"nin yeni bazasına nə vaxt köçəcəyi dəqiqləşdi

19:50

Azərbaycan yığması Lüksemburqa yenildi

19:18

UEFA Pro kursunun II mərhələsi Slovakiyada keçirilir

Facebookdan bizi izləməyi unutmayın.
X