Albaniyaya Kubokunun final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası “Eqnatiya” həlledici matçda Tirana “Dinamo”su ilə üz-üzə gəlib.
Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Rəqibini 5:4 hesabıyla üstələyən “Dinamo” titula sahib çıxıb.
Zamiq 120 dəqiqə meydanda olub.