17:15 02.05.2025 377

"Fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm" - Azər Bağırov

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan futbolundan danışarkən təbii ki, bu idman növündəki ənənələri ilə yaddaşlarda taxt quran Gəncə dərhal yada düşür. Uzun fasilədən sonra "Kəpəz"in elitaya qayıtması şübhəsiz, yalnız bu şəhərin futbolsevərlərinin deyil, neytral azarkeşlərin də üzünü güldürdü. Məlum durğunluq dönəmindən sonra Premyer Liqada 3-cü mövsümünü keçirən "sarı-göylər" hazırda böyük dəyişiklik astanasındadır. Elitada oynadığı son 3 "futbol ili"ndə çempionatdakı yerini qorumaq üçün mübarizə aparan və çoxsaylı çətinliklər fonunda işinin öhdəsindən gələn "Kəpəz" bu yay yeni inkişaf mərhələsinə qədəm qoymağa hazırlaşır. Bəs görəsən klubun yeni sponsoruna qovuşması, sıçrayışla diqqət çəkəcəyi ilə bağlı yayılan məlumatlar nə vəd edir? Növbəti mövsümdən daha iddialı, rəqiblərinin qorxulu yuxusuna çevrilmiş komanda, peşəkarlıq istiqamətində samballı addımlar atmış klub görə biləcəyikmi?

Turnir cədvəlindəki vəziyyət 

32 tura 28 xal toplayan Nizami yurdunun təmsilçisi sonuncudan əvvəlki - 9-cu pillədə mövqe tutub. Sona 4 tur qalmış autsayder "Səbail"i 7 xal qabaqlayan "sarı-göylər"in aşağı liqaya yuvarlanmayacağı riyazi cəhətdən dəqiqləşməsə də, mövcud reallıq "dənizçilər"in futbol ictimaiyyətini təəccübləndircəyini söyləməyə ciddi əsas vermir.

Düzdür, Bakı təmsilçisi hələ "silahı yerə qoymayıb". Bununla belə, 4 tura 7 xalı "əritmək" olduqca çətin missiyadır. Səfərdə "Şamaxı", "Neftçi", öz meydanında isə "Zirə" və "Sumqayıt"la oyunları qalan paytaxt komandasının qalan oyunları "Kəpəz"inkindən daha münasibdir, amma irəlidəki duellərin sayı "Səbail" adına xoş xəyallar qurmağa imkan vermir. "Kəpəz"in üzərinə düşən iş isə 4 oyundan birində qələbə qazanmaqdır. Bu tur "Neftçi"nin qonağı olacaq bölgə təmsilçisi, ardından "Sumqayıt"ı qəbul edəcək. Növbəti matçlar isə qonaq qismində "Qarabağ"a və qərb derbisində "Turan Tovuz"a qarşıdır. Nəzərə alaq ki, hələ 30 xalla 8-ci pillədə mövqe tutan "Sumqayıt"ın da elitada qaldığı rəsmiləşməyib.

Hamıdan çox buraxıb, hamıdan az vursalar da...

Maraqlı məqamlardan biri "Kəpəz"in bütün rəqiblərindən çox top buraxması (56) və hamıdan az (25) qol vurmasıdır. Heyəti çox kasad olan "sarı-göylər"in çempionatın gedişində və qış fasiləsində müəyyən qədər güclənməsi faktdır. Bəli, heyətdə oyunçu sayı az deyil, lakin keyfiyyət məsələsinə baxsaq, komandanın bir-iki aparıcı oyunçusu müxtəlif səbəblərdən meydana çıxa bilmədiyi qarşılaşmalarda onları əvəzləyən tapılmır.

Bu gün braziliyalı Luis Paçu, yerli Turan Manafov gürcü Rati Ardazişvili, malili  Mahamadu Ba, portuqaliyalı Dioqu Verdaskanın üzərində qurulan kollektivin bütün digər üzvləri başqa heç bir Premyer Liqa təmsilçisində heyətə düşə bilməyəcək oyunçulardır. Yəni top fərqi - 31 olan kollektivin bu gün elitadakı yerini böyük ölçüdə qoruması alqışalayiq məqamdır. Bu şəraitlə, bu heyətlə daha artığını gözləmək reallıqdan çox utopiya sayılardı. Bir məqamı da unutmayaq ki, "Kəpəz" qış fasiləsindən sonra 17 xal toplayıb və bu göstəricidə çempionatda 3-cü yerdədir.

Azər Bağırov qalmalıdır

Ölkənin ən bacarıqlı məşqçilərindən sayılan Azər Bağırovun yerli azarkeşlərin rəğbətini qazanması reallıqdırsa, Gəncə komandasında işləyən hər məşqçiyə nəsib olmayan bu məqama xüsusi diqqət yetirilməlidir. Doğrudur, "Kəpəz" hazırda ev oyunlarını öz stadionu təmirə bağlandığı üçün Tovuzda keçirir, lakin tribunalardakı gəncəli azarkeşlərin 44 yaşlı mütəxəssisə isti münasibəti, məğlub olduqları matçlarda belə, ona təzyiq etməmələri sıradan məqam deyil.

Görünən budur ki, fanatlar da Bağırovun orta səviyyədən aşağı yerlilər və belə desək, 3-cü növ legionerlərlə mümkün olanın ən yaxşısını etməyə çalışdığının fərqindədirlər. 

Son məlumatlara görə, hazırda klub rəhbərliyi də Azər bəyin fəaliyyətindən razıdır və növbəti mövsümdə də onun komandanın "sükanı arxası"nda qalmasını istəyir. Əlbəttə, keçid dönəmində yeni məşqçi həm də müəyyən qədər risk anlamındadır. Bu səbəbdən "Kəpəz"in idarəçilərinin Bağırovu başqasıyla əvəzləmək niyyəti xoş olmayan sürprizlərə meydan verə bilər. Əvvəla, hazırda ölkədəki bacarıqlı yerli mütəxəssislərin hamısı iş başındadırlar. Digər tərəfdən, əcnəbi məşqçi ideyası isə ən böyük yanlışlıq hesab edilər. Hərçənd "Kəpəz" rəhbərliyinin kənar qüvvələrin təsiri altına düşərək legioner mütəxəssis variantına qol qoyacağı az inandırıcıdır. Rəhbərlik özü də bilir ki, belə səriştəsiz gediş süqutun başlanğıcı olar.  

Baş məşqçi özü nə deyir?

Azər Bağırovun gələcək karyerası və planları ilə bağlı öz fikirlərini eşitmək də vacib idi. Onun saytımıza verdiyi açıqlama belə oldu: "Kəpəz" mənim üçün yalnız iş yeri deyil. Birlikdə çətinliklərdən keçmişik. Bölgə komandasında işləməyin məsuliyyəti böyükdür. Hazırda Gəncədə oynamasaq da, azarkeşlər önündə məsuliyyətimizi dərk edirik. Onları hər oyunda tribunada görmək xoşdur. Əlbəttə ki, bu komandada qalmaq, fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm. Öz stadionumuzda oynamaq, dolu tribunalar önündə rəqiblərimizi qəbul etmək başqa zövq olar. "Kəpəz"lə fərqli hədəflər uğrunda mübarizə aparmaq istəyirəm".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2025
01:44

İspaniya La Liqası: "Xetafe" səfərdə uduzdu

01:32

Liqa 1: "Nitsa" evdə sevindi

01:16

İPL: "Mançester Siti"dən qələbə

00:52

İtaliya A Seriyası: "Venesiya" Turindən xalla qayıtdı

00:36

Almaniya Bundesliqası: Turun açılış matçında heç-heçə qeydə alındı

00:05

Türkiyə Super Liqası: "Antalyaspor" bir qolla qazandı

02 May 2025
23:53

"Əminəm ki, Saliba olmaq istədiyi yerdədir" - Mikel Arteta

23:30

"Benfika" ispanı İspaniya nəhənginə 10 qat baha satmaq istəyir

23:09

"2-ci yerin dadı tam başqadır" - Rəşad Sadıqov

22:54

"Traktor" tarixində ilk dəfə İran çempionu oldu

22:30

"Təbii ki, belə oyunla harasa getmək çətindir" - Kurban Berdiyev

22:21

"Liverpul"un sabiq yarımmüdafiəçisi karyerasını bitirəcəyini bəyan etdi

21:54

MPL: "Zirə" üçün "gümüş" dəyərində qələbə

21:18

"Sumqayıt"ın "Qarabağ"la matç ərəfəsində ciddi itkiləri var - AÇIQLAMA

20:50

"Bu yöndə "Real"la fərqimiz çox deyil, amma..." - "Barselona"nın baş məşqçisi

20:09

"Kəpəz" "Neftçi" ilə oyuna itkisiz hazırlaşır

19:48

Birinci Liqa: "Karvan" çempiona qalib gəldi

19:14

"Bu qələbə çox vacib idi" - Brunu Fernandeş

18:46

Daha bir Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazandı

18:11

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı

17:52

Azərbaycan komandasından Avropa Kubokunda qızıl medal

17:36

PSJ-nin lideri sıradan çıxdı - RƏSMİ

17:15

"Fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm" - Azər Bağırov

16:58

AÇ-2004-ün iştirakçısı 48 yaşında vəfat etdi

16:40

AFFA Mərdəkanda ot örtüyünü yenilədi

16:23

Diniyevin komanda yoldaşı Türkiyə nəhənginə keçir - Danışıqlar başladı

16:04

"Ötən illə müqayisədə bu dəfə daha yaxşı çıxış etdim" - Reqatada qızıl medal qazanan avarçəkən

15:46

İngiltərə Premyer Liqasında Mark kimisi olmayıb - Rekord

15:28

Azərbaycan millisinin üzvü Braziliya çempionu oldu

15:10

Füzuli Məmmədov 4:1-i belə incələdi

14:52

Yamal özünü Messi ilə müqayisə etdi - "Mənim hələ 17 yaşım var"

14:33

"Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik" - Uğur Sevər

14:15

İngilis futbolçu Almaniya nəhəngindən ayrılmağa qərar verdi - Təsdiqləndi

13:56

Təcavüzkar davranan futbolçu 4 oyunluq diskvalifikasiya olundu

13:38

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025"-i 14 medalla başa vurdular

13:20

"Turan Tovuz" "Zirə" ilə oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

13:02

"Prezident Kuboku-2025": Azərbaycan avarçəkəni beynəlxalq reqatada qızıl medal qazandı

12:46

"Bir qədər də bəxtimiz gətirdi" - Ruben Amorim

12:28

Holand bu mövsüm meydana çıxa biləcək? - Qvardiola sualı cavablandırdı

12:10

"Zirə" - "Turan Tovuz" oyununun hakimi dəyişdi

Facebookdan bizi izləməyi unutmayın.
X