17:15 02.05.2025 1178

"Fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm" - Azər Bağırov

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan futbolundan danışarkən təbii ki, bu idman növündəki ənənələri ilə yaddaşlarda taxt quran Gəncə dərhal yada düşür. Uzun fasilədən sonra "Kəpəz"in elitaya qayıtması şübhəsiz, yalnız bu şəhərin futbolsevərlərinin deyil, neytral azarkeşlərin də üzünü güldürdü. Məlum durğunluq dönəmindən sonra Premyer Liqada 3-cü mövsümünü keçirən "sarı-göylər" hazırda böyük dəyişiklik astanasındadır. Elitada oynadığı son 3 "futbol ili"ndə çempionatdakı yerini qorumaq üçün mübarizə aparan və çoxsaylı çətinliklər fonunda işinin öhdəsindən gələn "Kəpəz" bu yay yeni inkişaf mərhələsinə qədəm qoymağa hazırlaşır. Bəs görəsən klubun yeni sponsoruna qovuşması, sıçrayışla diqqət çəkəcəyi ilə bağlı yayılan məlumatlar nə vəd edir? Növbəti mövsümdən daha iddialı, rəqiblərinin qorxulu yuxusuna çevrilmiş komanda, peşəkarlıq istiqamətində samballı addımlar atmış klub görə biləcəyikmi?

Turnir cədvəlindəki vəziyyət 

32 tura 28 xal toplayan Nizami yurdunun təmsilçisi sonuncudan əvvəlki - 9-cu pillədə mövqe tutub. Sona 4 tur qalmış autsayder "Səbail"i 7 xal qabaqlayan "sarı-göylər"in aşağı liqaya yuvarlanmayacağı riyazi cəhətdən dəqiqləşməsə də, mövcud reallıq "dənizçilər"in futbol ictimaiyyətini təəccübləndircəyini söyləməyə ciddi əsas vermir.

Düzdür, Bakı təmsilçisi hələ "silahı yerə qoymayıb". Bununla belə, 4 tura 7 xalı "əritmək" olduqca çətin missiyadır. Səfərdə "Şamaxı", "Neftçi", öz meydanında isə "Zirə" və "Sumqayıt"la oyunları qalan paytaxt komandasının qalan oyunları "Kəpəz"inkindən daha münasibdir, amma irəlidəki duellərin sayı "Səbail" adına xoş xəyallar qurmağa imkan vermir. "Kəpəz"in üzərinə düşən iş isə 4 oyundan birində qələbə qazanmaqdır. Bu tur "Neftçi"nin qonağı olacaq bölgə təmsilçisi, ardından "Sumqayıt"ı qəbul edəcək. Növbəti matçlar isə qonaq qismində "Qarabağ"a və qərb derbisində "Turan Tovuz"a qarşıdır. Nəzərə alaq ki, hələ 30 xalla 8-ci pillədə mövqe tutan "Sumqayıt"ın da elitada qaldığı rəsmiləşməyib.

Hamıdan çox buraxıb, hamıdan az vursalar da...

Maraqlı məqamlardan biri "Kəpəz"in bütün rəqiblərindən çox top buraxması (56) və hamıdan az (25) qol vurmasıdır. Heyəti çox kasad olan "sarı-göylər"in çempionatın gedişində və qış fasiləsində müəyyən qədər güclənməsi faktdır. Bəli, heyətdə oyunçu sayı az deyil, lakin keyfiyyət məsələsinə baxsaq, komandanın bir-iki aparıcı oyunçusu müxtəlif səbəblərdən meydana çıxa bilmədiyi qarşılaşmalarda onları əvəzləyən tapılmır.

Bu gün braziliyalı Luis Paçu, yerli Turan Manafov gürcü Rati Ardazişvili, malili  Mahamadu Ba, portuqaliyalı Dioqu Verdaskanın üzərində qurulan kollektivin bütün digər üzvləri başqa heç bir Premyer Liqa təmsilçisində heyətə düşə bilməyəcək oyunçulardır. Yəni top fərqi - 31 olan kollektivin bu gün elitadakı yerini böyük ölçüdə qoruması alqışalayiq məqamdır. Bu şəraitlə, bu heyətlə daha artığını gözləmək reallıqdan çox utopiya sayılardı. Bir məqamı da unutmayaq ki, "Kəpəz" qış fasiləsindən sonra 17 xal toplayıb və bu göstəricidə çempionatda 3-cü yerdədir.

Azər Bağırov qalmalıdır

Ölkənin ən bacarıqlı məşqçilərindən sayılan Azər Bağırovun yerli azarkeşlərin rəğbətini qazanması reallıqdırsa, Gəncə komandasında işləyən hər məşqçiyə nəsib olmayan bu məqama xüsusi diqqət yetirilməlidir. Doğrudur, "Kəpəz" hazırda ev oyunlarını öz stadionu təmirə bağlandığı üçün Tovuzda keçirir, lakin tribunalardakı gəncəli azarkeşlərin 44 yaşlı mütəxəssisə isti münasibəti, məğlub olduqları matçlarda belə, ona təzyiq etməmələri sıradan məqam deyil.

Görünən budur ki, fanatlar da Bağırovun orta səviyyədən aşağı yerlilər və belə desək, 3-cü növ legionerlərlə mümkün olanın ən yaxşısını etməyə çalışdığının fərqindədirlər. 

Son məlumatlara görə, hazırda klub rəhbərliyi də Azər bəyin fəaliyyətindən razıdır və növbəti mövsümdə də onun komandanın "sükanı arxası"nda qalmasını istəyir. Əlbəttə, keçid dönəmində yeni məşqçi həm də müəyyən qədər risk anlamındadır. Bu səbəbdən "Kəpəz"in idarəçilərinin Bağırovu başqasıyla əvəzləmək niyyəti xoş olmayan sürprizlərə meydan verə bilər. Əvvəla, hazırda ölkədəki bacarıqlı yerli mütəxəssislərin hamısı iş başındadırlar. Digər tərəfdən, əcnəbi məşqçi ideyası isə ən böyük yanlışlıq hesab edilər. Hərçənd "Kəpəz" rəhbərliyinin kənar qüvvələrin təsiri altına düşərək legioner mütəxəssis variantına qol qoyacağı az inandırıcıdır. Rəhbərlik özü də bilir ki, belə səriştəsiz gediş süqutun başlanğıcı olar.  

Baş məşqçi özü nə deyir?

Azər Bağırovun gələcək karyerası və planları ilə bağlı öz fikirlərini eşitmək də vacib idi. Onun saytımıza verdiyi açıqlama belə oldu: "Kəpəz" mənim üçün yalnız iş yeri deyil. Birlikdə çətinliklərdən keçmişik. Bölgə komandasında işləməyin məsuliyyəti böyükdür. Hazırda Gəncədə oynamasaq da, azarkeşlər önündə məsuliyyətimizi dərk edirik. Onları hər oyunda tribunada görmək xoşdur. Əlbəttə ki, bu komandada qalmaq, fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm. Öz stadionumuzda oynamaq, dolu tribunalar önündə rəqiblərimizi qəbul etmək başqa zövq olar. "Kəpəz"lə fərqli hədəflər uğrunda mübarizə aparmaq istəyirəm".

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 İyun 2025
01:14

"River Pleyt" Yaponiya təmsilçisini inamla yendi

00:44

"Sabah"ın rəqibi Zaqreb "Dinamo"sunun futbolçusu ilə gücləndi - RƏSMİ

00:07

"Sabah" Azərbaycanı FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək

17 İyun 2025
23:50

"Liverpul" Osimhen üçün "Napoli"yə iki futbolçusunu təklif etdi - ADLAR

23:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:31

"Borussiya" Braziliya təmsilçisini yenə bilmədi

22:03

"Qarabağ" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

21:50

İtaliya nəhəngi idman direktorunu postundan uzaqlaşdırdı

21:29

"Vilyarreal" yeni vingerlə gücləndi - RƏSMİ

20:18

"Orada "Latsio"da bir ilə qazandığımı bir aya qazana bilərdim" - Sarri rədd etdiyi təklifdən danışdı

19:34

"Sabah" legioneri ilə əməkdaşlığa son qoydu - RƏSMİ

19:16

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

18:43

Vüsal İsgəndərlinin yeni klubu bəlli oldu

18:10

Azərbaycan komandası A qrupunun qalibi oldu

17:49

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda!

17:28

Avropa Liqasında ilk mərhələnin püşkatması baş tutdu

17:09

"Sabah"ın Avropa Liqasındakı rəqibi bilindi

16:43

Çempionlar Liqasının püşkü atıldı

16:24

Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi

16:06

"Sevilya" yeni baş məşqçisinin təyinatını açıqladı

15:48

İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

15:29

Ronaldunun Trampa göndərdiyi formanın üzərində nə yazılıb?

15:11

"İndi oynadığım futboldan həqiqətən razıyam" - "Çelsi"nin vingeri

14:53

Qarnaço Mançesteri Londona dəyişə bilər

14:34

Aleks De Souzanun yeni iş yeri bilindi - RƏSMİ

14:16

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

13:58

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

13:39

İngiltərəni Konfrans Liqasında təmsil etmiş məşqçi "İmişli"ni çalışdıra bilər - AÇIQLAMA

13:20

Çempion Ceydon Sançonu istəyir

13:02

35 yaşlı müdafiəçi "Mançester Siti"ni digər İPL klubuna dəyişir

12:44

"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:26

Beyl İngiltərə klubunun səhmlərini almağa yaxındır

12:08

İdman Arbitraj Məhkəməsi İrlandiya klubunun şikayətini rədd etdi

11:50

AFFA 2 kluba texniki məğlubiyyət verdi

11:16

"Sabah"ın mümkün rəqiblərinin sayı dəqiqləşdi - Bu 4 komandadan biri ilə qarşılaşacaq

10:58

"Araz-Naxçıvan" Almaniyadan futbolçu transfer etdi

10:27

Ronaldulu "Əl-Nəsr"də qalmaqal - Baş direktor klubu məhkəmə ilə hədələdi

10:06

Dünya çempionatı: Daha iki cüdoçumuz mübarizəyə qoşulur

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

Klublararası dünya çempionatı: Juninyo oynamadı, komandası qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X