Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edən edən "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı belə danışıb:
"Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik.
Sarı vərəqə almağım? Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi".