16:43 08.05.2025 463

"Cavid İmamverdiyevlə rəqabətdə olmaq çox xoşdur" - 2-ci Liqanın "Şəmkir"li bombardiri

Mövsüm sona yaxınlaşdıqca 2-ci Liqada mübarizə gərginləşir. Sona 2 tur qalmış baş məşqçi Vüqar Nadirovun gəlişindən sonra fırtına kimi əsən "Şəmkir"lə "Haypers Quba" arasındakı 4-cü yeri tutmaq, 1-ci Liqada 9-cu olacaq komanda ilə pley-offda qarşılaşmaq uğrunda rəqabət göz oxşayır. Hazırda Quba təmsilçisi 45 xalla 4-cü, şəmkirlilər isə 5-ci (44 xal) pillədə qərarlaşıblar. Maraqlıdır ki, çempionatın bombardirlik yarışına da bu iki komandanın futbolçuları başçılıq edirlər. "Haypers"in yarımmüdafiəçisi Cavid İmamverdiyev 27 dəfə rəqib qapılarına yol tapıbsa, "Şəmkir"in əsas qol silahı Vidadi Cəfərov da eyni sayda qolla yadda qalıb. Vidadi ilə əlaqə saxlayıb ortaya qoyduğu performans, özünün və komandasının hədəfləri barədə fikirlərini öyrəndik.

24 yaşlı forvardın Fanat.Az-a müsahibəsi belə alındı:

- Mövsümün ilk matçında "Şəki Siti"ni səfərdə 3:0 hesabı ilə məğlub etmişdiniz. Həmin matçda dublla yadda qalmışdın. Qarşına liqanın bombardiri olmaq məqsədi qoymuşdunmu?
- Düzü, mövsüm başlayanda formada deyildim. Buna baxmayaraq, liqanın ilk turundan bombardirlər yarışında 1-ci yerə yüksəldim. Bəli, liqanın ən sərrast oyunçusu olmaq istəyirəm. Yəni qarşıma belə bir məqsəd qoymuşam.

- 27 qolla siyahının şərikli liderisən...
- Bu sayda qolla zirvədə qərarlaşmaq çox gözəl hissdir. 27 qol vurmağımda komanda yoldaşlarımın böyük əməyi var. 

- Cavid İmamverdiyev də sənin qədər qol vurub. Sonda onunla mübarizədən qalib çıxacağına inanırsan?
- Cavid İmamverdiyevlə rəqabətdə olmaq mənim üçün çox xoşdur. O, böyük karyerası olan bir futbolçudur. Sona 2 tur qalıb. Mənim üçün ən önəmlisi komandanın uğurudur. Qarşıdakı matçlarımızın ikisi də finala bərabərdir. 4-cü yeri tutub pley-off oynamaq arzusundayıq. Mən də istəyirəm ki, vurduğum hər qol komandamı 1-ci Liqaya daha da yaxınlaşdırsın.

- Vurduğun qollar arasında ən xoşuna gələn hansıdır?
- Ən baxımlı qol "Lerik"ə vurduğumdur. Həmin qol dekabr ayının ən yaxşısı seçilmişdi.

- Bəs ən vacibi?
- "Haypers Quba"ya səfərdə vurduğum. Oyunun sonlarında topu tora göndərdim. Həmin qol komandama 2:1 hesablı olduqca önəmli qələbə qazandırdı.

- 4-cü ola biləcəyinizə inanırsan?
- Vüqar məllim gələndən sonra komandada çox şey dəyişdi. O, bizə istər peşəkarlıq, istər oyun planı, istərsə də fiziki və psixoloji hazırlıq baxımından həqiqətən çox şey verdi. İndi komanda Şəmkir əhalisi üçün də ümid yeridir. Yuxarı pillələrə qalxdıqca özünəinam da artdı. İndi məqsədimiz 1-ci Liqaya yüksəlməkdir. Allah qoysa, işimizə maksimum məsuliyyətlə ciddi yanaşıb qarşıdakı görüşlərə də böyük həvəs və inamla hazırlaşacağıq. Söylədiyim kimi, qarşıda iki finala bərabər matçımız var. Sonadək mübarizə aparacağıq.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2025
23:18

Cikiyanın agenti müştərisinin Türkiyə klubu ilə müqavilə bağladığını təsdiqlədi

22:46

Voltemade İspaniya nəhənginə keçməyə yaxındır

22:23

Niderlandlı müdafiəçi İPL klubunda - RƏSMİ

21:40

Məşhur ukraynalı karyerasını bitirir

21:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:03

"Neftçi" heyətinə yeni legioner cəlb etdi - RƏSMİ

20:47

"Bəlkə də yeni formatda keçirilən yarışın qalibi adını qazanan ilk komanda olacağıq" - Xabi Alonso

20:22

"Arsenal" "Real"ın istədiyi istedadla müqavilə yenilədi - RƏSMİ

19:55

"Azarkeşlərin hayqırtısını eşidəcəyim anı gözləməyə səbrim çatmır" - "Liverpul"un yeni transferi

19:10

"Portu"nun ABŞ-dəki uğursuzluğu fanatları hiddətləndirdi - Anselmi qovula bilər

18:46

Yuran azərbaycanlı iş adamının klubuna rusiyalı futbolçuları gətirmək istəyir

18:17

Vinisius "Real"la müqaviləsini yeniləmədi - SON DURUM

17:49

Mbappe "Zalsburq"la oyunu da kənardan izləyəcək

17:16

Mbappe şikayət etdi, Paris prokurorluğu araşdırmaya başladı

16:43

"Liverpul" heyətinə macar futbolçu qatdı - RƏSMİ

16:14

"Bu, yuxu kimi idi" - "İnter"də ilk qolunu vuran Espozito

15:52

Qvardiola Eçeverrinin sıradan çıxdığını açıqladı

15:13

"Sabah" yarımmüdafiəçisi ilə müqavilə yenilədi - RƏSMİ

15:02

"Karvan" daha iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

14:44

"Olimpik Lion"un 20 yaşlı hücumçusu İtaliya klubuna keçməyə yaxındır

14:04

"Neftçi" Emil Balayevi heyətdə saxladı - RƏSMİ

13:50

İsak "Nyukasl" tarixinin ən ödənişli futbolçusuna çevrilə bilər - Maaşı açıqlandı

13:09

Bakıda "Star Cup Azerbaijan" turnirinin təqdimatı keçirildi

12:50

"12 il idi ki, belə yarışlar keçirə bilmirdik" - İsgəndər Cavadov

12:30

"Olimpik Lion"u Liqa 1-də əvəz edəcək komanda müəyyənləşdi

12:03

Dizindən əməliyyat olunan futbolçu öldü

11:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:16

"Yuventus" "Mançester Siti"yə qarşı, "Real Madrid" qrupdan çıxa biləcək?

10:51

"Barselona"nın futbolçusu karyerasını Bundesliqada davam etdirəcək

10:25

Avropa çempionatında finalçılar bilindi - Son çempion Almaniyaya qarşı

09:28

"Kimsə mənim kimi 90 dəqiqə istidə qaça bilirsə..." - Tomas Müller

09:00

"İnter" "River Pleyt"ə qalib gəldi, Serxio Ramosun komandasını da 1/8 finala daşıdı

08:00

Azərbaycan Ordusunun yaranmasından 107 il ötür

01:29

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

00:08

Azərbaycan atletlərindən AÇ-nin son günündə 4 medal

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X