Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabı üzərindən yayıb.
O, 29 yaşlı müdafiəçinin artıq Radom şəhərini tərk etdiyini bildirib.“Radomyak” yaxın zamanda Məmmədovla vidalaşdığını açıqlayacaq.
Qeyd edək ki, azərbaycanlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədə idi. Bu komandada Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.