13:46 14.05.2025 426

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

Cari mövsüm Misli Premyer Liqasının bombardirinin kim olacağı bütün futbolsevərləri maraqlandıran mövzulardandır. İlk "10-luq"da yalnız bir azərbaycanlının - "Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin adının olması isə olduqca üzücü məqamdır. O da 9 topla 5-8-ci yerləri bölüşür. Əlbəttə, heç 14 qolla lider mövqeyində qərarlaşan digər "Qarabağ"lı Leandro Andradenin də ortaya qoyduğu məhsuldarlıq göz oxşamır. Amma yerli oyunçuların süstlük nümayiş etdirməsi acı həqiqətdir. Artıq 34 turun geridə qaldığını biliriksə, deməli, yerlilərin ən yaxşısı olan Nəriman orta hesabla az qala 4 oyundanbir rəqib qapılarına yol tapıb.

Bəs görəsən belə aşağı məhsuldarlığın səbəbi nədir? Yerli futbolçuların cari mövsüm "qol orucu"na tutulmasının arxasında nə dayanır? Sullara cavab tapmaq üçün 2007/2008 mövsümündə "İnter"in heyətində 19 qolla Premyer Liqanın bombardiri olmuş Xaqani Məmmədovla əlaqə saxladıq. Bu sayda qola 23 görüşdə imza atan sabiq forvardın Fanat.Az-a açıqlaması belə oldu:

"Azərbaycanlı futbolçuların bombardirlik məharətini nümayiş etdirə bilməməsi həqiqətən adama çox pis təsir edir. Bizim dövrümüzdə küçə futbolu var idi. Çox şeyləri küçədə öyrənirdik. İndi küçə futbolu yoxdur, akademiyalar var. Yerli akademiyalarda işlərin zəif getməsi futbolçuların potensialına çox təsir edir. Bu o demək deyil ki, bizdə istedadlı uşaqlar olmur. Olur, amma keçid dövründə yoxa çıxırlar. Bu da klublarda işlərin düzgün qurulmaması mövcud vəziyyətlə nəticələnir. Acı reallıq budur ki, Avropa səviyyəli oyunçu yetişdirə bilmirik. 

Digər tərəfdən, bizim futbolçular Premyer Liqa səviyyəsinə çatandan sonra məsuliyyətləri azalır. Yəni maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır, daha da inkişaf etməyə, "artırmağa", böyük klublarda oynamağa can atmırlar. Düzgün yanaşma olduqca vacib şərtdir. Bunların hamısı futbol məşqləri ilə paralel olaraq oyunçulara uşaq vaxtından aşılanmalıdır. Artıq futbol dəyişib və ildən-ilə də dəyişməkdədir. Düşünürəm ki, hər şeydən öncə belə desək, özül düzgün atılmalıdır. Futbol mentaliteti doğru şəkildə formalaşdırılmalıdır. Bunları Allah qoysa, həyata keçirmək mümkün olsa, irəliləyiş gözləməyə dəyər".

Nihat 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 İyun 2025
11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

10:06

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

02:07

"Bayern Münhen" inamlı qələbə ilə PSJ-yə rəqib oldu

29 İyun 2025
23:42

"İmişli" daha 6 futbolçusu ilə vidalaşdı

23:21

Dembele 4:0-dan sonra Messiyə müraciət etdi - FOTO

22:55

Mahir qol vurdu, "Kayzerslautern" rəqibinə rəhm etmədi

22:03

"Sabah"dan ilk sınaq matçında məhsuldar heç-heçə

21:53

PSJ Messili "İnter Mayami"ni darmadağın edib 1/4 finala yüksəldi

21:26

Azərbaycan karateçiləri Xorvatiyada iki "bürünc" qazandılar

20:55

Azərbaycan güləşçiləri Türkiyədəki turniri 8 medalla başa vurdular

20:28

"Qarabağ" yeni formalarını Şuşada təqdim etdi - FOTO

19:54

"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi bilindi

19:25

"Neftçi"yə Samir müəllimin istəyi ilə gəlmişəm" - Elvin Bədəlov

18:57

İngiltərə nəhəngi Ekitikeni alır - SON DURUM

18:20

Topuriya UFC çempionu oldu

17:37

Azərbaycan yığmaları EEVZA çempionatındakı çıxışlarını başa vurdular

17:19

Maykl Cordan şəxsi yaxtası ilə Xorvatiya sahillərində - FOTO

16:53

"Kəpəz" iki legioneri ilə müqavilə yenilədi

16:26

Azərbaycan avarçəkənləri Vyanada gümüş medal qazandılar

15:47

Kazemiro gələcəyi ilə bağlı qərarını qətiləşdirdi

14:56

"Sabah" Avstriyada ilk sınaq matçına çıxır

14:13

"Kəpəz" Tural ilə də vidalaşdı - RƏSMİ

13:38

"Karvan" daha bir futbolçusu ilə əməkdaşlığa son qoydu -RƏSMİ

13:06

"Turan Tovuz" Türkiyəyə bu tarixdə yollanacaq

12:40

Siyasət Əsgərov 0:3-ü şərh etdi

12:23

"Çelsi" Bayno-Gittens üçün "Borussiya"ya nə qədər ödəyəcək?

11:46

"Demişdim ki, 100 milyona oyunçu alsaq, postumdan gedəcəm" - Yürgen Klopp

11:17

"Liverpul"un vingeri AÇ-nin ən yaxşı oyunçusu elan edildi

10:39

Klublararası DÇ: PSJ "İnter Mayami"yə, "Flamenqo" "Bayern Münhen"ə qarşı

09:50

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

"Parma"nın hücumçusu İtaliya nəhəngində - MƏBLƏĞ

05:02

"Çelsi" "Benfika" əlavə vaxtda yenib 1/4-ə yüksəldi

02:41

İngiltərə seçməsi ardıcıl ikinci dəfə çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X