“Xankəndi” klubu AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyununda darmadağına sevinib.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv bu gün Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə “Ağstafa Gəncləri”ni 4:0 hesabı ilə yenib.
Qolları Pərviz Qaraxanov (2), Elmar Rəhimov və Sərxan Hüseynov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 18-də baş tutacaq. Yarımfinalın digər matçında "Göyəzən" evdə "Şirvan"ı 4:1 hesabı ilə məğlub edib.