Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Boluspor” Super Liqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Bolu təmsilçisi pley-offun yarımfinalının ilk matçını öz meydanında “Bandırmaspor”a qarşı keçirib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vüsal oyunun 71-ci dəqiqəsində – 1:3 hesabı ilə geridə olduqları zaman meydana buraxılıb.
Tərəflərin cavab qarşılaşması mayın 23-də keçiriləcək. Qalib komanda pley-offun finalında “Karagümrük”lə üz-üzə gələcək.