London "Arsenal"ının baş məşqçisi Mikel Arteta növbəti mövsüm üçün qarşıya qoyduqları hədəfi açıqlayıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Arsenal"ın "Real"dan Rodriqonu transfer edəcəyini deyirlər? Ad çəkməyəcəm, amma klubu elə duruma gətirmişik ki, növbəti mövsümdə çempionluq əldə etməyə məhkumuq. "Arsenal"ın İngiltərədə olduğu kimi, Avropada da elit komanda sayılmasına şübhə yoxdur".
Xatırladaq ki, 71 xala malik "Arsenal" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat